BDU-da Yasamal rayonunda yerləşən ali məktəb və kolleclər arasında idman turnirinin bağlanış mərasimi

01/05/2023

Bakı Dövlət Universitetində (BDU) Yasamal Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatı və rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Yasamal rayonunda yerləşən ali və orta ixtisas təhsil müəssisələri arasında idman turnirinin bağlanış mərasimi keçirilib.

Bağlanış mərasimində Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov, BDU-nun Sosial məsələlər, tələbələrlə iş və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Əliş Ağamirzəyev, Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev, Milli Məclisin deputatı Səbinə Xasayeva, YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, rayon Gənclər və İdman İdarəsinin rəisi İlham Səfərov və digər rəsmilər iştirak ediblər.

Rəsmi hissədən əvvəl futbol turniri üzrə iki finalçı komanda arasında qarşılaşma keçirilib. Daha sonra 7 idman növü üzrə komandaların mükafatlandırma mərasimi başlayıb.

Qeyd edək ki, BDU-nun komandaları şahmat, dama və voleybol (qızlar arasında) idman növləri üzrə birinci yerə, basketbol üzrə ikinci yerə, stolüstü tennis və voleybol (oğlanlar arasında) idman növləri üzrə üçüncü yerə layiq görülüblər. Qalib komandalar müxtəlif kubok və medallarla təltif olunublar.

Xəbərlər

Ötən il BDU-nun Tarix fakültəsinin ixtisaslarına keçid balları artıb

Ötən il BDU-nun Tarix fakültəsinin ixtisaslarına keçid balları artıb
14/02/2025

BDU-nun Jurnalistika fakültəsində tanınmış jurnalist Hacı Hacıyevin 100 illik yubileyi qeyd olunub

BDU-nun Jurnalistika fakültəsində tanınmış jurnalist Hacı Hacıyevin 100 illik yubileyi qeyd olunub
14/02/2025

Yüksək Texnologiyalar Parkı ilə universitetlər arasında əməkdaşlıq sazişi

Yüksək Texnologiyalar Parkı ilə universitetlər arasında əməkdaşlıq sazişi
14/02/2025