BDU-da yaz imtahan sessiyası uğurla davam edir

13/06/2022

İyunun 3-dən etibarən Bakı Dövlət Universitetində (BDU) 2021-2022-ci tədris ilinin yaz semestrinin imtahan sessiyası başlayıb. Sessiya iyulun 1-dək davam edəcək.

İmtahanlar iki növbədə (bakalavriatura səviyyəsi üzrə saat 10:00-13:00-dək, magistratura səviyyəsi üzrə saat 14:00-18:00-dək) keçirilir.

İyunun 13-də bakalavriatura səviyyəsində 242 qrup üzrə 5344 tələbə, magistratura səviyyəsində 87 ixtisaslaşmada 252 nəfər imtahan verib.

Sessiyanın gedişinə operativ nəzarət, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığı təmin etmək məqsədilə İmtahan Qərargahı və Apelyasiya Komissiyası yaradılıb. Komissiya sessiya müddətində imtahanların gedişi ilə əlaqədar ərizə, təklif və Təhsil Nazirliyinin "Qaynar xətt"i vasitəsilə daxil olmuş şikayətlərin araşdırılmasını təmin edir.

Xəbərlər

BDU-da “44 günün qəhrəmanları – Zəfərin əbədi yaddaşı” adlı tədbir

BDU-da “44 günün qəhrəmanları – Zəfərin əbədi yaddaşı” adlı tədbir
28/10/2026

BDU tələbələri narkomaniyanın fəsadları barədə məlumatlandırılıb

BDU tələbələri narkomaniyanın fəsadları barədə məlumatlandırılıb
28/10/2026

BDU-da “Ümummilli Lider: Heydər Əliyev mühazirələri” layihəsinin növbəti görüşü

BDU-da “Ümummilli Lider: Heydər Əliyev mühazirələri” layihəsinin növbəti görüşü
27/10/2026