BDU-da yeni açılmış “Qida mühəndisliyi” ixtisasına tələbə qəbulu həyata keçirilib

12/09/2022

2022-2023-cü tədris ilindən Bakı Dövlət Universitetinin (BDU) Biologiya fakültəsində yeni açılmış “Qida mühəndisliyi” ixtisasına bakalavr təhsil səviyyəsi üzrə tələbə qəbulu aparılıb.

“Qida mühəndisliyi” ixtisası ölkədə sosial, iqtisadi, milli prioritetlər, əmək bazarının yeni tendensiyaları nəzərə alınaraq açılıb. İxtisas üzrə təhsil alan tələbələr məhsulun, xammalın keyfiyyətini və onun xüsusiyyətlərini təhlil etməyi, qida əlavələrinin lazımi miqdarda istifadəsini, istehsal prosesini və mərhələlərini öyrənəcəklər.

Əmək bazarının tələblərinə uyğun kadrların hazırlanması məqsədilə tədris prosesinə bu sahə üzrə fəaliyyət göstərən sənaye müəssisələrindən olan ixtisaslı mütəxəssislər cəlb olunacaq. İxtisas üzrə təhsilini başa vuran məzunlar qida sənayesinin müxtəlif sahələrində – şərab, ət, süd məhsullarının, un və qənnadı məmulatlarının istehsalı, yağ və meyvə-tərəvəz emalı və s. üzrə fəaliyyət göstərən müəssisələrdə mühəndis-texnoloq kimi çalışacaqlar. Məzunlar həmçinin idxal və ixrac olunan bütün növ qida məhsullarının keyfiyyət qiymətləndirilməsinin, yararlılıq və təhlükəsizlik göstəricilərinin müəyyənləşdirilməsi məsələlərinin həyata keçirilməsi üçün gömrük məntəqələrində, bu sahə üzrə elmi-tədqiqat institutlarında, uyğun peşə təhsili, orta ixtisas və ali təhsil müəssisələrində, qida xammallarının və hazır məhsulların saxlanılmasını həyata keçirilən anbarlarda, restoran şəbəkələrində, Qida Təhlükəsizliyi Agentliyinin struktur bölmələrində işləmək imkanı qazanacaqlar.

Xəbərlər

BDU-da süd vəzi xərçənginin diaqnostikasında yeni biomarkerlərin tədqiqi araşdırılır

BDU-da süd vəzi xərçənginin diaqnostikasında yeni biomarkerlərin tədqiqi araşdırılır
27/02/2026

BDU tələbələri üçün “AnewZ” telekanalında infossessiya

BDU tələbələri üçün “AnewZ” telekanalında infossessiya
27/02/2026

400 BDU könüllüsü “Justice for Khojaly 613” fləşmobunda iştirak edib

400 BDU könüllüsü “Justice for Khojaly 613” fləşmobunda iştirak edib
27/02/2026