BDU-da yeni ixtisaslaşma açılacaq: “Korreksiyaedici təlimin metodları və metodologiyası”

23/07/2024

Bakı Dövlət Universitetinin (BDU) Sosial elmlər və psixologiya fakültəsində 2024/2025-ci tədris ilindən “Korreksiyaedici təlimin metodları və metodologiyası” ixtisaslaşması üzrə yeni magistr proqramı həyata keçiriləcək.

Bu ixtisaslaşma korreksiyaedici təlim və digər pedaqoji sahələr üzrə bakalavriatura səviyyəsini bitirən məzunlara böyük imkanlar yaradır. Sağlamlıq imkanları məhdud şəxslərin yaşından və sosial mənsubiyyətindən asılı olmayaraq xüsusi metodlar əsasında vəziyyətinin təyin edilməsi, müalicə və reabilitasiyası üzrə pedaqoji-psixoloji yardımın göstərilməsi yollarını öyrənmək olduqca vacibdir.

Bu ixtisaslaşmanı seçən magistrantlar ilk növbədə öyrənmə çətinliyi olan uşaqlarla korreksiyaedici işin metodoloji əsaslarını, psixoloji və pedaqoji xüsusiyyətlərini, autizmli, dayaq-hərəkət sistemi funksiyaları pozulmuş, ağır fiziki və əqli inkişaf qüsuru, eşitmə, nitq pozğunluğu, görmə imkanları məhdud olan uşaqlar, onların ailələri, psixi inkişafında geriliyi olan şəxslərlə işin metodlarını öyrənirlər.

Xəbərlər

BDU-da “Qoşa saat”: Tələbələr data idarəçiliyinin sirlərini öyrəniblər

BDU-da “Qoşa saat”: Tələbələr data idarəçiliyinin sirlərini öyrəniblər
13/11/2026

BDU-da "İƏT Modeli Beynəlxalq Münasibətlər Akademiyası - 2026" layihəsinin ilk sessiyaları keçirilib

BDU-da "İƏT Modeli Beynəlxalq Münasibətlər Akademiyası - 2026" layihəsinin ilk sessiyaları keçirilib
13/11/2026

BDU tələbələri Pekin Kimya Texnologiyası Universitetində keçirilən mədəniyyət festivalında Azərbaycanı təmsil ediblər

BDU tələbələri Pekin Kimya Texnologiyası Universitetində keçirilən mədəniyyət festivalında Azərbaycanı təmsil ediblər
13/11/2026