BDU-da yeni media mühitində jurnalist kontentinə verilən tələblər araşdırılıb

11/04/2023

Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsinin Yeni media və kommunikasiya nəzəriyyəsi kafedrasının doktorantı və saathesabı müəllimi Səbinə İzzətlinin “Yeni media mühitində jurnalist kontentinə verilən tələblər” mövzusunda elmi seminarı keçirilib. Kafedra müdiri, dosent Xatirə Hüseynova doktorantı təqdim edib, elmi seminarın mövzusu ilə bağlı iştirakçıları məlumatlandırıb.

Səbinə İzzətli mediadaxili çevriliş adlandırılan konvergensiya prosesində texnoloji yeniliklərin jurnalist məhsulunun məzmununa təsiri məsələlərinə toxunub. Bu inkişafın müsbət təsirləri ilə yanaşı, riskləri də vurğulanıb. Doktorant çıxışında bildirib ki, rəqəmsal media platformaları jurnalistikaya yeni yayım formatları gətirib ki, bu da birbaşa jurnalistin istehsal etdiyi məzmuna təsir göstərir. Dəyişən jurnalistikanın təməl prinsipləri deyil, kontentin özüdür. Texnoloji yeniliklər jurnalistikanın irəliləməsinə, peşə olaraq varlığını qorumasına kömək etsə də, bəzən təməl prinsiplər unudulur, incə cizgi adlandırılan faktlılıq arxa plana keçir və saxta kontent gündəmə gəlmiş olur.

Məruzəçi həmçinin yeni media mühitində kontentlə bağlı mövcud proqnozları da diqqətə çatdırıb, müəllimlərin mövzu ilə bağlı suallarını cavablandırıb.

Xəbərlər

BDU-nun Biotibbi Tədqiqatlar və Texnologiyalar Mərkəzinin “Biotibb: Kəşfdən tətbiqə” adlı elmi tədbiri keçirilib

BDU-nun Biotibbi Tədqiqatlar və Texnologiyalar Mərkəzinin “Biotibb: Kəşfdən tətbiqə” adlı elmi tədbiri keçirilib
23/10/2026

BDU-da “Tələbəyönlü tədrisin təşkili və biliyin qiymətləndirilməsi” mövzusunda təlim

BDU-da “Tələbəyönlü tədrisin təşkili və biliyin qiymətləndirilməsi” mövzusunda təlim
23/10/2026

BDU-da “PEŞƏkar söhbətlər” layihəsinə start verilir

BDU-da “PEŞƏkar söhbətlər” layihəsinə start verilir
23/10/2026