BDU-da yeni tədris ilinin ilk dərsləri Anım Gününə həsr olunub

29/09/2021

Bakı Dövlət Universitetində (BDU)  bu gündən ənənəvi təhsilə start verilib.

Yeni tədris ilinin ilk dərsləri Anım Gününə həsr edilib. Fənn müəllimləri 44 günlük Vətən Müharibəsində Azərbaycan Ordusunun keçdiyi zəfər yürüşü haqqında məlumat veriblər. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun işgalçı Ermənistan üzərində tarixi qələbəsindən bəhs edilib.

İlk dərslərdə Vətən müharibəsində qəhrəmancasına döyüşən, ölkənin ərazi bütövlüyü yolunda canlarını fəda edən bütün şəhidlərə dərin ehtiram əlaməti olaraq, Prezident İlham Əliyevin 2020-ci il dekabrın 2-də imzaladığı Sərəncamla sentyabrın 27-si tarixinin Azərbaycan Respublikasında Anım Günü elan edildiyi vurğulanıb.

Vətən Müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan, azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin  ərazi bütövlüyü yolunda  canların fəda etmiş əsgər və zabitlərimizin xatirəsi ehtiramla yad edilib.

Vətən, torpaq, xalq uğrunda öz canından keçən, düşmənə amansız zərbələr vuran, Azərbaycan bayrağını zəbt olunmuş torpaqlarımızda ucaldan qəhrəman oğullarımızın adlarının əbədiləşməsinin ürəklərdə qürur hissi oyatdığını qeyd edilib.

Xəbərlər

BDU-nun Fizika Problemləri Elmi-Tədqiqat İnstitutunun aparıcı elmi işçisi Qəzənfər Bayramov vəfat edib

BDU-nun Fizika Problemləri Elmi-Tədqiqat İnstitutunun aparıcı elmi işçisi Qəzənfər Bayramov vəfat edib
08/05/2026

BDU-da II Respublika elmi konfransı: “Dahi şəxsiyyət və müdrik lider”

BDU-da II Respublika elmi konfransı: “Dahi şəxsiyyət və müdrik lider”
08/05/2026

BDU-da arxeologiyada fiziki-kimyəvi analiz metodlarına dair elmi seminar

BDU-da arxeologiyada fiziki-kimyəvi analiz metodlarına dair elmi seminar
07/05/2026