BDU-da “Yenidən qurulan şəhərlər” mövzusunda “WUF modeli” simulyasiya konfransı

16/03/2026

“BDU könüllüləri” təşkilatının təşəbbüsü ilə keçirilən “Şəhərsalma və memarlıq həftəsi” çərçivəsində “Yenidən qurulan şəhərlər” mövzusunda “WUF (Ümumdünya Şəhərsalma Forumu - World Urban Forum) modeli” simulyasiya konfransı keçirilib.

“BDU könüllüləri” təşkilatının layihələrin idarə edilməsi və təşkilatlarla iş üzrə meneceri Mədinə Xəlilova həftə haqqında məlumat verib, simulyasiyanın BMT 2030 Gündəliyi çərçivəsində 9-cu, 11-ci və 17-ci Dayanıqlı İnkişaf Məqsədi uğrunda fəaliyyətin təşviqinə təsirini vurğulayıb. Qeyd edib ki, bu cür təşəbbüslər tələbələrin qlobal problemlər barədə məlumatlılığını artırmaqla yanaşı, onların innovasiya, dayanıqlı şəhər mühiti və beynəlxalq əməkdaşlıq kimi istiqamətlərdə fəal müzakirələr aparmasına və yeni ideyalar irəli sürməsinə imkan yaradır.

Simulyasiya konfransı çərçivəsində iştirakçılar Azərbaycanın müxtəlif şəhərlərini təmsil edərək həmin ərazilərdə aparılan bərpa və yenidənqurma prosesləri, dayanıqlı şəhər inkişafı, müasir infrastruktur həlləri və şəhər planlaşdırılması ilə bağlı məsələlər ətrafında müzakirələr aparıblar. Sessiyalar zamanı şəhərlərin yenidən qurulması prosesində sosial, iqtisadi və ekoloji amillərin təsiri nəzərə alınıb.

Sonra səsləndirilən fikir və təkliflər ümumiləşdirilərək yekun müzakirələr aparılıb.

Konfransın sonunda iştirakçılara sertifikat və təşəkkürnamələr verilib.

Xəbərlər

Azərbaycan şərqşünaslığında ilk qadın elmlər doktoru – professor Aida İmanquliyeva

Azərbaycan şərqşünaslığında ilk qadın elmlər doktoru – professor Aida İmanquliyeva
10/10/2026

BDU-da “Süni intellektlə daha effektiv tədris: ali təhsildə tədris prosesinin idarə olunması və optimallaşdırılması” adlı təlim keçiriləcək

BDU-da “Süni intellektlə daha effektiv tədris: ali təhsildə tədris prosesinin idarə olunması və optimallaşdırılması” adlı təlim keçiriləcək
09/10/2026

BDU-da “Süni intellekt müəllimin köməkçisi kimi” mövzusunda təlim keçirilib

BDU-da “Süni intellekt müəllimin köməkçisi kimi” mövzusunda təlim keçirilib
09/10/2026