BDU-da Özbəkistanın Səmərqənd Dövlət Memarlıq və İnşaat Universitetinin nümayəndə heyəti ilə görüş

25/05/2026

Özbəkistan Respublikasının Səmərqənd Dövlət Memarlıq və İnşaat Universitetinin nümayəndə heyəti Bakı Dövlət Universitetinə (BDU) rəsmi səfər edib.

Görüşdə BDU-nun elm və innovasiyalar üzrə prorektoru Hüseyn Məmmədov, beynəlxalq əlaqələr üzrə prorektoru Şahin Pənahov, Səmərqənd Dövlət Memarlıq və İnşaat Universitetinin strateji inkişaf üzrə prorektoru Juramirza Kayumov və İqtisadiyat kafedrasının dosenti Ilkhom Sobirov iştirak ediblər.

Görüş iştirakçılarını salamlayan prorektor Hüseyn Məmmədov qonaqlara Universitetin tarixi, strukturu, tədris və elmi fəaliyyəti barədə ətraflı məlumat verib.

Görüş zamanı universitetlər arasında elm, təhsil və tədqiqat sahələrində əməkdaşlıq imkanları müzakirə edilib, qarşılıqlı təcrübə mübadiləsinin əhəmiyyəti vurğulanıb. Daha sonra akademik əməkdaşlığın genişləndirilməsi, professor-müəllim heyəti və tələbələr üçün mübadilə proqramlarının, eləcə də ikili diplom proqramlarının yaradılması, iqtisadiyyat sahəsi üzrə əməkdaşlığın qurulmasının mümkünlüyü istiqamətində fikir mübadiləsi aparılıb.

 

Xəbərlər

BDU-da ilk dərs günündən 107 il ötür

BDU-da ilk dərs günündən 107 il ötür
15/11/2026

Bakı Dövlət Universiteti zamanın çağrışları kontekstində - MƏQALƏ

Bakı Dövlət Universiteti zamanın çağrışları kontekstində - MƏQALƏ
15/11/2026

“İRS” silsiləsi çərçivəsində 2026-cı ildə nəşr edilən kitabların təqdimatı olub

“İRS” silsiləsi çərçivəsində 2026-cı ildə nəşr edilən kitabların təqdimatı olub
14/11/2026