BDU-da Üzeyir Hacıbəylinin 140 illiyinə həsr olunan elmi seminar keçirilib

14/10/2025

Bakı Dövlət Universitetinin (BDU) Filologiya fakültəsində “Üzeyir Hacıbəyli – 140: Şəxsiyyət, sənət və müasirlik” mövzusunda elmi seminar təşkil olunub.

Tədbirdə BDU-nun Azərbaycan ədəbiyyatı tarixi kafedrasının dosenti Məti Osmanoğlu məruzə ilə çıxış edib.

Məruzəçi nitqində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən, görkəmli bəstəkar, publisist, dramaturq Üzeyir Hacıbəylinin 140 illik yubileyi ilə bağlı ölkə üzrə silsilə tədbirlərin keçirildiyini diqqətə çatdırıb. O vurğulayıb ki, Üzeyir Hacıbəylinin əsərlərində “millət” sözü bir dəfə belə işlədilməsə də, onun bütün yaradıcılığı bu anlayışın mahiyyətini ifadə edir: “Millət anlayışı və milli özünüdərk obyektiv bir zərurətdən – xalqın özünü qorumaq və modern dünyaya çıxmaq ehtiyacından doğurdu”.

Məti Osmanoğlu qeyd edib ki, Üzeyir Hacıbəyli həmin dövrdə toplumun millət kimi formalaşmasında mühüm rol oynayıb. Məruzəçi bəstəkarın həyat və yaradıcılıq yoluna da nəzər salıb.

Seminarda “Üzeyir bəyi bizim müasirimizə çevirən nədir?” sualı müzakirəyə çıxarılıb, tələbələr bu suala cavab axtarıblar.

Sonda Filologiya fakültəsinin dekanı Elçin Məmmədov Üzeyir Hacıbəylinin 140 illiyi ilə bağlı tədbirlərin davam etdiriləcəyini bildirib və tələbələrə millət kimi formalaşma prosesində mühüm rol oynamış bu böyük şəxsiyyətin irsini daha dərindən öyrənməyi tövsiyə edib.

 

Xəbərlər

BDU-nun tərəfdaşlığı ilə növbəti BMT-nin İqlim Dəyişmələri üzrə Gənclərin Lokal Konfransı – “LCOY Azerbaijan 2026” keçirilib

BDU-nun tərəfdaşlığı ilə növbəti BMT-nin İqlim Dəyişmələri üzrə Gənclərin Lokal Konfransı – “LCOY Azerbaijan 2026” keçirilib
12/09/2026

2025/2026-cı tədris ilində 1025 tələbə BDU-nu  fərqlənmə diplomu ilə bitirib

2025/2026-cı tədris ilində 1025 tələbə BDU-nu  fərqlənmə diplomu ilə bitirib
11/09/2026

BDU-nun əcnəbi tələbəsi AIDA-nın yaradılmasının 15-ci ildönümünə həsr olunmuş konfransda təltif olunub

BDU-nun əcnəbi tələbəsi AIDA-nın yaradılmasının 15-ci ildönümünə həsr olunmuş konfransda təltif olunub
11/09/2026