BDU-da Zəfər Günü ilə bağlı kitab sərgisi

06/11/2025

Bakı Dövlət Universitetinin (BDU) Elmi Kitabxanası 8 Noyabr – Zəfər Gününün 5 illiyi münasibətilə kitab sərgisi təşkil edib.

Sərgidə Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığını, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən igid oğullarımızın fədakarlıq və şücaət dolu mübarizəsini, 44 günlük haqq savaşının möhtəşəm tarixi Zəfərini, eləcə də şəhidlərimizin keçdiyi şanlı qəhrəmanlıq yolunu hərtərəfli əks etdirən 100-ə yaxın nəşr nümayiş olunur.

Nümayiş olunan kitablar sırasında “44 günlük diplomatiya dərsləri”, “Zəfər salnaməsi”, “Milli Qürurumuzun Zəfəri”, BDU-nun şəhid məzunlarına və eləcə də digər qəhrəmanlarımıza həsr olunmuş kitablar da yer alıb.

 

Xəbərlər

17 Noyabr - Milli Dirçəliş Günüdür

17 Noyabr - Milli Dirçəliş Günüdür
17/11/2026

Bu gün Beynəlxalq Tələbələr Günüdür

Bu gün Beynəlxalq Tələbələr Günüdür
17/11/2026

BDU-da “Zəfər: mənim gözümdən” adlı hekayə müsabiqəsinin qalibləri müəyyənləşib

BDU-da “Zəfər: mənim gözümdən” adlı hekayə müsabiqəsinin qalibləri müəyyənləşib
16/11/2026