BDU-da Zəfər Günü münasibətilə elan edilmiş rəsm müsabiqəsinin nəticələri açıqlanıb

30/11/2022

Bakı Dövlət Universitetinin (BDU) Mədəniyyət-Yaradıcılıq Mərkəzi və Tələbə Həmkarlar İttifaqı Komitəsinin tələbələr arasında 8 Noyabr - Zəfər Günü münasibətilə elan etdiyi rəsm müsabiqəsi başa çatıb. Müsabiqədə BDU-nun 30 nəfərdən çox tələbəsi iştirak edib. Təqdim olunmuş rəsmlər Müsabiqə komissiyası tərəfindən qiymətləndirilib.

Müsabiqə komissiyasının qərarı ilə I yerə BDU-nun SABAH qruplarının Fizika müəllimliyi ixtisası üzrə tələbəsi Nəzrin Əliyeva,  II yerə Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin tələbəsi Nuray Quliyeva, III yerə Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin tələbəsi Səbinə Şirinova, IV yerə isə Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin tələbəsi Anaxanım Kərimovanın rəsmləri layiq görülüb.
Qalib gəlmiş tələbələr diplom və pul mükafatı ilə təltif ediliblər.

Qalibləri təbrik edirik!

Xəbərlər

BDU-nun 45 məzunu Dövlət Proqramı çərçivəsində xaricdə magistratura və doktorantura səviyyələri üzrə təhsillərini davam etdirəcək

BDU-nun 45 məzunu Dövlət Proqramı çərçivəsində xaricdə magistratura və doktorantura səviyyələri üzrə təhsillərini davam etdirəcək
28/07/2026

XIX Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında ölkəmizi təmsil edəcək komanda müəyyənləşib

XIX Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında ölkəmizi təmsil edəcək komanda müəyyənləşib
28/07/2026

BDU rektoru abituriyentlərlə görüşüb

BDU rektoru abituriyentlərlə görüşüb
28/07/2026