BDU-da Zəfər Gününə həsr olunmuş "Şeir və incəsənət günü"

04/11/2022

Bakı Dövlət Universitetinin (BDU) Tarix fakültəsində Zəfər Gününə həsr olunmuş “Şeir və incəsənət günü" adlı tədbir keçirilib.

Əvvəlcə Dövlət himni səsləndirilib, sonra şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən Tarix fakültəsinin dekanı İbrahim Zeynalov 44 günlük Vətən müharibəsinin tariximizin ən şanlı səhifəsi olduğunu və yaddaşlardan heç vaxt silinməyəcəyini qeyd edib. Bildirib ki, şanlı Zəfər Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Ordumuzun şücaəti, xalqımızın birliyi nəticəsində qazanılıb. Zəfər Günü hər bir azərbaycanlı üçün qürur və iftixar günüdür.

Tarix fakültəsinin Qədim dünya və orta əsrlər tarixi kafedrasının müdiri Yaqub Mahmudov Vətən müharibəsinin tarixi əhəmiyyəti, regionda yaranan reallıqlar barədə tələbələri məlumatlandırıb. O, yeniyetmələrin və gənclərin vətənpərvərlik ruhunda tərbiyəsinin Vətən müharibəsində qələbəmizi şərtləndirən əsas amillərdən biri olduğunu diqqətə çatdırıb.  
Çıxışlardan sonra Tarix fakültəsinin tələbələrinin ifasında vətənpərvərlik mövzusunda müxtəlif şeir və mahnılar səsləndirilib.

Tədbirin sonunda Vətən müharibəsinə həsr edilmiş səhnəcik nümayiş etdirilib.

Xəbərlər

Qürur və ehtiram günü

Qürur və ehtiram günü
27/09/2026

Sentyabrın 25-də BDU-da ilk dərslər Anım Gününə həsr olunub

Sentyabrın 25-də BDU-da ilk dərslər Anım Gününə həsr olunub
25/09/2026

BDU-da Anım Günü qeyd olunub

BDU-da Anım Günü qeyd olunub
25/09/2026