BDU-da “Zəfər ruhumuz, qələbə kimliyimizdir” adlı tədbir

05/11/2025

Bakı Dövlət Universitetinin (BDU) Geologiya fakültəsinin Tələbə Həmkarlar İttifaqı Komitəsi (THİK) və “BDU könüllüləri” təşkilatının birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində Vətən müharibəsində qazandığımız Zəfərin beşinci ildönümünə həsr olunmuş “Zəfər ruhumuz, qələbə kimliyimizdir” adlı tədbir keçirilib.

Tədbir Dövlət himninin səsləndirilməsi, Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canından keçmiş bütün şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Geologiya fakültəsinin dekanı, dosent Mamoy Mansurov 8 Noyabr – Zəfər Gününün xalqımızın tarixində ən qürurlu səhifələrdən biri olduğunu vurğulayıb. O bildirib ki, bu qələbə Ali Baş Komandan, Prezident İlham Əliyevin müdrik rəhbərliyi, xalqımızın birliyi və Ordumuzun qəhrəmanlığı sayəsində əldə olunub.

Seysmologiya və Yer təkinin fizikası kafedrasının müdiri, dosent Əvəz Məmmədov çıxışında Zəfərin xalqımızın milli ruhunun və tarixi ədalətin bərpasının simvolu olduğunu qeyd edib. Tədbirdə Geologiya fakültəsinin IV kurs tələbəsi, Vətən müharibəsi qazisi Musa Abbasov döyüş xatirələrini bölüşüb və şəhid silahdaşlarını ehtiramla yad edib.

Tədbir tələbələrin hazırladığı ədəbi kompozisiya ilə davam edib.

Xəbərlər

BDU və QAİ-nın birgə təşkilatçılığı ilə “Qərbi Azərbaycana qayıdış: milli ideyanın yeni mərhələsi kimi” mövzusunda I Beynəlxalq elmi konfransın açılış mərasimi

BDU və QAİ-nın birgə təşkilatçılığı ilə “Qərbi Azərbaycana qayıdış: milli ideyanın yeni mərhələsi kimi” mövzusunda I Beynəlxalq elmi konfransın açılış mərasimi
03/06/2026

BDU və Qərbi Azərbaycan İcması arasında əməkdaşlıq haqqında memorandum imzalanıb

BDU və Qərbi Azərbaycan İcması arasında əməkdaşlıq haqqında memorandum imzalanıb
03/06/2026

BDU-da “Azərbaycan Respublikasının müasir ekosistemi: elmi-nəzəri tədqiqatlar və problemlər” mövzusunda Respublika elmi konfransı

BDU-da “Azərbaycan Respublikasının müasir ekosistemi: elmi-nəzəri tədqiqatlar və problemlər” mövzusunda Respublika elmi konfransı
03/06/2026