BDU-da Zəhirəddin Məhəmməd Baburun 540 illik yubileyinə həsr olunmuş elmi seminar

18/10/2023

Bakı Dövlət Universitetinin (BDU) Filologiya fakültəsinin Türkologiya kafedrasının nəzdində Türkoloji araşdırmalar elmi-tədqiqat laboratoriyası tərəfindən böyük türk hökmdarı və dövlət xadimi, ümumtürk ədəbiyyatının görkəmli nümayəndəsi Qazi Zəhirəddin Məhəmməd Baburun 540 illik yubileyinə həsr olunmuş elmi seminar keçirilib.

Seminarda laboratoriya müdiri, professor Ramiz Əskər “Dünya fenomeni Zəhirəddin Məhəmməd Babur: şəxsiyyəti və sənəti” adlı məruzə ilə çıxış edib. Məruzəçi bildirib ki, Qazi Zəhirəddin Məhəmməd Baburun (1483-1530) “Baburnamə” əsəri türk və islam ədəbiyyatında memuar janrında yazılmış ilk əsərdir. Müəllif burada öz keşməkeşli həyatını qələmə alıb, Mərkəzi Asiya, Əfqanıstan və Hindistanın tarixinə, mədəniyyətinə, etnoqrafiyasına, flora və faunasına dair qiymətli məlumatlar verib.

Baburun irsinin öyrənilməsinə toxunan natiq qeyd edib ki, “Baburnamə”nin ilk tam tərcüməsi tanınmış ingilis alimi Annet Susanna Beveric tərəfindən 1905-ci ildə həyata keçirilib. “Baburnamə” 1948-ci ildə Daşkənddə iki cild halında nəşr edilib, 1959-cu ildə isə Baburun seçilmiş əsərləri işıq üzü görüb, 1956-1966-cı illərdə üçcildliyi çap olunub. Tanınmış baburşünas Parsa Şəmsiyev 1960-cı ildə bir neçə nüsxə əsasında “Baburnamə”nin elmi-tənqidi mətnini hazırlayıb. Ümumiyyətlə, kitab 30-dan çox xarici dilə çevrilib. Azərbaycanda 2011-ci ildə ayrı-ayrılıqda Ramiz Əsgər və Füzuli Bayat tərəfindən dilimizə tərcümə olunub.

Ramiz Əskər Zəhirəddin Məhəmməd Baburun 540 illik yubileyinin dünya səviyyəsində qeyd olunması ilə bağlı keçirilən tədbirlərdən də söz açıb.

Sonda məruzəçi seminar iştirakçılarının suallarını cavablandırıb. Seminar müzakirələrlə yekunlaşıb.

Xəbərlər

BDU-nun müəllimi Maqsud Babayev vəfat edib

BDU-nun müəllimi Maqsud Babayev vəfat edib
19/10/2026

BDU-nun şəhid məzunu Ataməli Musaoğlunun məzarı ziyarət olunub

BDU-nun şəhid məzunu Ataməli Musaoğlunun məzarı ziyarət olunub
19/10/2026

BDU tələbələri üçün Bakı Zooloji Parkında innovativ dərslər

BDU tələbələri üçün Bakı Zooloji Parkında innovativ dərslər
19/10/2026