BDU-da ZnO nanokompozitlərin sintezi tədqiq olunub

03/04/2023

Bakı Dövlət Universitetinin (BDU) Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzinin Nanoaraşdırmalar elmi-tədqiqat laboratoriyasında növbəti elmi seminar keçirilib. Seminarda laboratoriyanın böyük elmi işçisi Sevinc Nuriyeva “PP/ZnO nanokompozitləri: Sintezi, quruluşu və xassələri” mövzusunda məruzə edib.  Məruzəçi ZnO (sink oksid) nanohissəcikləri əsasında polimer kompozitlərin sintezi, alınmış materialların quruluş və xassələrinə nanohissəciklərin təsiri barədə məlumat verib. O qeyd edib ki, tədqiqatlar nəticəsində nanodoldurucunun miqdarından asılı olaraq kompozit materialların kristallik quruluşu, lüminessent və dielektrik xassələrinin yaxşılaşması müəyyən edilib. Bu tip materiallar alternativ günəş mənbələri, elektrokimyəvi sensorlar və eləcə də superkondensatorlarda geniş tətbiq imkanlarına malikdir.

Xəbərlər

BDU-nun IELTS imtahanında yüksək bal toplayan 112 müəllim və tələbəsinin xərcləri qarşılanıb

BDU-nun IELTS imtahanında yüksək bal toplayan 112 müəllim və tələbəsinin xərcləri qarşılanıb
30/10/2026

BDU-da təlim: “Karyera məqsədlərinin təyin edilməsi”

BDU-da təlim: “Karyera məqsədlərinin təyin edilməsi”
30/10/2026

BDU-da Ümumdünya Şəhərlər Gününə həsr olunmuş panel müzakirə keçirilib

BDU-da Ümumdünya Şəhərlər Gününə həsr olunmuş panel müzakirə keçirilib
30/10/2026