BDU-dan növbəti kitab bağışlama aksiyası

14/02/2025

Bakı Dövlət Universitetinin (BDU) Elmi Kitabxanası 14 fevral - Beynəlxalq Kitab Bağışlama Günü münasibətilə Fövqəladə Hallar Nazirliyinin (FHN) Akademiyasının Kitabxanasına və Mingəçevir Dövlət Universitetinin (MDU) kitabxanasına kitablar hədiyyə edib.

Ali təhsil müəssisələrinin kitabxanalarının sorğusuna əsasən, onların profilinə uyğun, tələbə, professor və müəllim heyəti tərəfindən daha çox ehtiyac duyulan ümumilikdə 404 adda, 622 nüsxə elmi, bədii və tədris ədəbiyyatı Mübadilə-ehtiyat fondundan seçilərək təhvil verilib. Hədiyyə olunmuş kitablar arasında müxtəlif elm sahələrinə dair BDU alimlərinin müəllifi olduqları və BDU-nun “Nəşr Evi”ndə çap olunan fundamental dərslik və dərs vəsaitləri, o cümlədən son illərin nəşri olan 2 cildlik “Azərbaycan tarixi”, “Heydər Əliyev: dil, ədəbiyyat və incəsənət” kitabları və “Heydər Əliyev - 100” bibiloqrafik məlumat kitabı xüsusi yer tutur.

Kitabxana işi, informasiya təhlükəsizliyi, kimya mühəndisliyi, biotexnologiyaya dair dərsliklər, iqtisadiyyat, makro və mikroiqtisadiyyata aid ingilis dilindən Azərbaycan dilinə tərcümə olunmuş beynəlxalq miqyaslı akademik nəşrlər hər iki ali təhsil müəssisəsinin tədris prosesinə əsaslı informasiya dəstəyi göstərəcək.

Xəbərlər

“Uzunömürlülük: bioloji və texnoloji determinantlar” – Elmi seminar

“Uzunömürlülük: bioloji və texnoloji determinantlar” – Elmi seminar
17/04/2026

BDU-da geodinamik proseslərin şəhərsalmaya təsiri tədqiq olunur

BDU-da geodinamik proseslərin şəhərsalmaya təsiri tədqiq olunur
17/04/2026

BDU və Özbəkistanın Buxara Beynəlxalq Universiteti arasında anlaşma memorandumu imzalanıb

BDU və Özbəkistanın Buxara Beynəlxalq Universiteti arasında anlaşma memorandumu imzalanıb
16/04/2026