BDU-dan növbəti kitabbağışlama aksiyası

15/02/2024

Bakı Dövlət Universitetinin (BDU) Elmi Kitabxanasının əməkdaşları Sumqayıt Dövlət Universitetinin (SDU) Elmi Kitabxanasında olublar. BDU-dan olan nümayəndə heyəti 14 fevral - Beynəlxalq Kitab Bağışlama Günü münasibətilə Sumqayıt Dövlət Universitetinin Elmi Kitabxanasına kitablar hədiyyə edib. SDU-nun Elmi Kitabxanasının sorğusuna əsasən, universitetin profilinə uyğun, tələbə, professor və müəllim heyəti tərəfindən daha çox ehtiyac duyulan ümumilikdə 147 adda, 362 nüsxə elmi, bədii və tədris ədəbiyyatı Mübadilə-ehtiyat fondundan seçilərək təhvil verilib. Hədiyyə olunmuş kitablar arasında Azərbaycan dili və nitq mədəniyyəti, Azərbaycan ədəbiyyatı, tarixi, pedaqogika, ekologiya, coğrafiya, təhsilə dair dərsliklər, həmçinin iqtisadiyyat, menecment, bank işi, makro və mikroiqtisadiyyata aid ingilis dilindən Azərbaycan dilinə tərcümə olunmuş beynəlxalq miqyaslı akademik nəşrlər yer alıb.

SDU-nun sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Elmar Xəlilov və rektorun müşaviri İsmayıl İsmayılov müxtəlif elm sahələrinə dair BDU alimlərinin müəllifi olduqları və BDU-nun “Nəşr Evi”ndə çap olunan fundamental dərslik və dərs vəsaitlərinin universitetin tədris prosesinə əsaslı informasiya dəstəyi göstərəcəyini bildiriblər.

Tədbirdə çıxış edən BDU-nun Elmi Kitabxanasının direktoru Nigar İsmayılova vurğulayıb ki, təmsil etdiyi kitabxana respublika ali təhsil müəssisələrinin  kitabxanalarının metodiki mərkəzi kimi universitet kitabxanalarının fondunun formalaşmasına yardım məqsədilə hər il 14 fevral tarixində kitab bağışlama aksiyaları keçirir. Aksiya çərçivəsində hədiyyə olunan kitablar oxucular üçün yeni biliklərin əldə olunmasına dəstək olacaq.

Xəbərlər

18 Oktyabr – Müstəqilliyin Bərpası Günüdür

18 Oktyabr – Müstəqilliyin Bərpası Günüdür
18/10/2024

BDU ilə Pakistanın Superior Universiteti arasında anlaşma memorandumu imzalanıb

BDU ilə Pakistanın Superior Universiteti arasında anlaşma memorandumu imzalanıb
17/10/2024

BDU tələbələri arasında “105 yaşlı elm və təhsil məbədi” mövzusunda esse müsabiqəsi davam edir

BDU tələbələri arasında “105 yaşlı elm və təhsil məbədi” mövzusunda esse müsabiqəsi elan edir
17/10/2024