BDU-nun 105 illik yubileyi münasibətilə elan etdiyi esse müsabiqəsinin qalibləri mükafatlandırılıb

06/12/2024

Bakı Dövlət Universitetinin (BDU) 105 illik yubileyi münasibətilə elan etdiyi “105 yaşlı elm və təhsil məbədi” adlı esse müsabiqəsinin qalibləri mükafatlandırılıb.

Qalibləri təbrik edən rektor Elçin Babayev belə müsabiqələrin BDU-nun şanlı, keşməkeşli tarixinin, zəngin ənənələrinin, ölkənin elm-təhsil, ictimai həyatında, milli düşüncənin formalaşmasında  rolunun təbliği baxımından mühüm önəm daşıdığını bildirib. O qeyd edib ki, bu il oktyabrın 8-də elan edilən “105 yaşlı elm və təhsil məbədi” adlı esse müsabiqəsinə 39 tələbə yazı təqdim edib. Müsabiqə komissiyasının qərarı ilə I yerə Tarix fakültəsinin II kurs tələbəsi Zivərxanım Məmmədova, II yerə Filologiya fakültəsinin I kurs tələbəsi Xədicə İmanlı, III yerə Coğrafiya fakültəsinin II kurs tələbəsi Varis Əhmədlinin esseləri layiq görülüb. Rektor qaliblərə BDU-nun ictimai həyatında bundan sonra da aktiv iştirak etməyi tövsiyə edib, onlara təhsil həyatlarında uğurlar arzulayıb.

Daha sonra qaliblərə diplom və mükafatlar təqdim olunub.

Xəbərlər

BDU-nun Astrofizika kafedrası: “Sentyabrın 5-dən 21-dək ε-Perseid meteor yağışı olacaq”

BDU-nun Astrofizika kafedrası: “Sentyabrın 5-dən 21-dək ε-Perseid meteor yağışı olacaq”
02/09/2026

BDU-nun 17 məzunu IV “Maarifçi” tələbə-məzun proqramının iştirakçısıdır

BDU-nun 17 məzunu IV “Maarifçi” tələbə-məzun proqramının iştirakçısıdır
02/09/2026

Xalq Cümhuriyyətinin Azərbaycan təhsilinə tarixi töhfəsi

Xalq Cümhuriyyətinin Azərbaycan təhsilinə tarixi töhfəsi
01/09/2026