BDU-nun 105 illik yubileyi çərçivəsində fakültələrin təqdimatı: Tətbiqi riyaziyyat və kibernetika fakültəsi

25/10/2024

Bakı Dövlət Universitetinin (BDU) 105 illik yubileyi ilə əlaqədar BDU-nun Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin “İnnovativ həllərin kəsişdiyi məkan” adlı tədbiri keçirilib.

Əvvəlcə Dövlət himni səsləndirilib, daha sonra Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra tələbələrin ifasında “Azərbaycan” mahnısı təqdim edilib.

Mərasimdə çıxış edən rektor Elçin Babayev ölkəmiz üçün yüksəkixtisaslı kadrların hazırlanmasının BDU-nun əsas məqsədlərindən olduğunu bildirib. O qeyd edib ki, Bakı Dövlət Universitetinin özünəməxsus ənənələri, çəkisi var: “Bu günün tələbələri fəxr etməlidirlər ki, Ümummilli Lider Heydər Əliyevin məzunu olduğu belə bir Universitetdə təhsil alırlar. Azərbaycanın riyaziyyat məktəbi birmənalı olaraq bütün dünyada qəbul olunur. BDU isə həmin məktəbin kökündə dayanan elm və ali təhsil müəssisəsidir. Fakültəmizin özünün də maraqlı tarixçəsi var. Fakültə 1972-ci ildə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə Tətbiqi riyaziyyat fakültəsi adı altında yaradılıb. Sonradan isə “Kompüter elmləri”, “İnformatika müəllimliyi”, günümüzün ən çox tələb etdiyi sahə olan “İnformasiya təhlükəsizliyi” ixtisasları açılıb. Bütün bunlar müasir dövrün tələbələrinə uyğun olaraq tədrisin keyfiyyətinin və kadr potensialının artırılması məqsədini daşıyır. Artıq fakültənin həyatında növbəti yeni mərhələ başlayır”.

BDU-nun Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin dekanı, professor Ələkbər Əliyev isə vurğulayıb ki, hazırda fakültədə bakalavriat səviyyəsində 3 ixtisas üzrə 1618, magistratura səviyyəsində 18 ixtisaslaşma üzrə 144, doktorantura səviyyəsində elmlər doktoru və fəlsəfə doktoru proqramları üzrə 11 doktorant olmaqla ümumilikdə 1773 nəfər təhsil alır.  Fakültədə elmi-pedaqoji kadrların hazırlanmasına xüsusi diqqət yetirilir. Fakültədə 17 professor və elmlər doktoru (onlardan 2-si AMEA-nın həqiqi üzvü), 48 dosent və elmlər namizədi çalışır. Son beş il ərzində fakültənin professor-müəllim heyəti tərəfindən 40 kitab, dərslik və dərs vəsaiti, 418 elmi məqalə çap olunub. 4 elmlər doktoru, 6 fəlsəfə doktoru dissertasiyası müdafiə olunub. Hazırda Tətbiqi riyaziyyat və kibernetika fakültəsində 8 kafedra fəaliyyət göstərir. Fakültədə müasir kompüterlərlə təchiz olunmuş Azərbaycan-Koreya İnformasiya Təminatı Mərkəzi, SABAH kompüter laboratoriyası tələbələrin və elmi tədqiqatçıların istifadəsindədir.  
Sonra BDU-nun rektoru Elçin Babayev fakültə tələbələrinin suallarını cavablandırıb.

BDU-nun Tətbiqi analizin riyazi üsulları kafedrasının professoru Nihan Əliyev, Tətbiqi riyaziyyat kafedrasının dosenti Adil Qəhrəmanov, Ehtimal nəzəriyyəsi və riyazi statistika kafedrasının dosenti Qurban Qasımov çıxışlarında fakültənin uğurlarından danışıb, xatirələrini bölüşüblər.

Tədbir fakültənin müəllim və tələbələrinin hazırladığı bədii hissə ilə davam edib.

 

Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024