BDU-nun 105 illik yubileyi çərçivəsində Sosial elmlər və psixologiya fakültəsinin təqdimatı

28/11/2024

Bakı Dövlət Universitetinin (BDU) 105 illik yubileyi çərçivəsində Sosial elmlər və psixologiya fakültəsinin təqdimatı keçirilib.

Əvvəlcə Dövlət himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda həlak olan şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Mərasimdə çıxış edən rektor Elçin Babayev BDU ailəsinə üzvlüyün şərəfli olduğunu deyib. Bildirib ki, xüsusi formatı olan bu təqdimatlar tələbələrin təhsil aldıqları fakültələrin tarixi, korifey alimləri haqqında məlumat almaqlarına xidmət edir: “1919-cu ildə 2 fakültə ilə fəaliyyətə başlayan BDU-da hazırda 16 fakültə, 121 kafedra var, 25 mindən çox tələbə təhsil alır. Bu fakültələrin sırasında Sosial elmlər və psixologiya fakültəsinin özünəməxsus yeri və çəkisi var. Gənc fakültələrdən olmasına baxmayaraq, bu fakültə sosial inkişafımız üçün önəmli istiqamətlər üzrə mütəxəssislər hazırlayır. Hazırda BDU-da təhsil alan əcnəbi tələbələrin böyük bir hissəsi də məhz Sosial elmlər və psixologiya fakültəsinin payına düşür. Azərbaycanda ali təhsil müəssisələri arasında ilk dəfə olaraq məhz BDU-da Psixoloji yardım sektoru yaradılıb. Universitet əməkdaşlarının və tələbələrin peşəkar şəxsi inkişafı və yüksəlişinə kömək etmək, onların psixoloji müdafiəsini təmin etmək, psixi sağlamlığını qoruyub saxlamaq və gücləndirmək, tələbələrin öz qabiliyyətlərinin fərqinə varmasına yardımçı olmaq məqsədilə yaradılan sektor bu gün fakültə ilə birgə əməkdaşlıq şəraitində fəaliyyət göstərir”.

Hazırda fakültədə 1750 tələbənin təhsil aldığını deyən rektor gənclərə uğurlar arzulayıb: “BDU tələbələri tarixi ənənələri yeni çalarlar qatmaqla yaşatmalı və Universitetimizin adını daim uca tutmalıdırlar”.

Sosial elmlər və psixologiya fakültəsinin dekanı, dosent Rövşən Cavadov fakültədə 8 kafedrada 6 ixtisas üzrə tədrisin aparıldığını bildirib. Qeyd edib ki, təlim-tərbiyə və tədris fəaliyyəti ilə yanaşı, hər bir kafedra müvafiq elm sahələri üzrə bir neçə istiqamətdə elmi-tədqiqat fəaliyyəti ilə məşğul olur. Bu tədqiqatların nəticələri həm ölkədaxili, həm də beynəlxalq səviyyəli konfrans va simpoziumlarda, əməkdaşların məqalə və tezislərində öz əksini tapır. Fakültədə 79 əcnəbi tələbə və magistrant təhsil alır. Təhsilin keyfiyyətinin artırılması istiqamətində təlim və treninqlər təşkil olunur, mütəmadi olaraq ustad dərsləri, elmi seminarlar keçirilir.

Sonra Sosial elmlər və psixologiya fakültəsinin fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş etdirilib.

Elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli BDU-nun Sosial elmlər və psixologiya fakültəsinin məzunu olması ilə fəxr etdiyini bildirib. O qeyd edib ki, BDU-da verilən təhsil, aparılan müzakirələr, debatlar, burada formalaşan yumşaq və sərt bacarıqlar tələbələrin həyatlarının sonrakı mərhələsində, karyera quruculuğunda önəmli rol oynayır. O, fakültənin sosial tədqiqatlar istiqamətində də böyük potensiala malik olduğunu bildirib, müəllim və tələbələrə uğurlar arzulayıb.

Tədbir tələbələrin hazırladığı bədii hissə ilə davam edib.

Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024