BDU-nun 10 tələbəsi “Hənifə Məlikova-Zərdabi adına təqaüd proqramı 2024”ün qalibi olub

14/10/2024

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Elm və Təhsil Nazirliyi və Təhsilin İnkişafı Fondunun birgə əməkdaşlığı ilə “Gənc qızların təhsilinə dəstək” layihəsi çərçivəsində növbəti tədbir keçirilib. Tədbir zaman “Hənifə Məlikova-Zərdabi adına təqaüd proqramı 2024”ün təqdimat mərasimi də baş tutub.

Tədbirdə Bakı Dövlət Universitetinin (BDU) “Hənifə Məlikova- Zərdabi təqaüd proqramı” üzrə aylıq təqaüd qazanan, həmçinin ali məktəbə qəbul imtahanlarında yüksək bal toplayan 10 tələbəsi - Firuzə İbrahim, Güllü Abbasova, Səbinə Emçiyeva, Fatimə Qubadova, Günay İsayeva, Nuray Şirinli, Roza Əliyeva, Günel Həsənli, Aydan Əhmədova və Roza Həsənova elm və təhsil naziri Emin Əmrullayev və BDU-nun rektoru Elçin Babayev tərəfindən təltif edilib.

Qeyd edək ki, 2021-ci ildən həyata keçirilən təqaüd proqramının məqsədi cəmiyyətin diqqətini qızların təhsilinə cəlb etmək, dövlətimizin inkişafında gənclərin, xüsusilə qızların rolunun artırılmasını təşviq etmək və onların müasir təhsil imkanlarından faydalanmasına dəstək olmaqdır. Artıq 58 rayon üzrə 265 nəfər “Hənifə Məlikova- Zərdabi təqaüd proqramı”nı qazanıb.

Xəbərlər

BDU-nun şəhid məzunu Nicat Əhmədovun məzarı ziyarət olunub

BDU-nun şəhid məzunu Nicat Əhmədovun məzarı ziyarət olunub
23/09/2026

BDU-nun Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzinin fəaliyyət istiqamətləri genişləndirilir

BDU-nun Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzinin fəaliyyət istiqamətləri genişləndirilir
22/09/2026

BDU tələbələrinə bir sıra fənlər “SABAH.city”də tədris olunacaq

BDU tələbələrinə bir sıra fənlər “SABAH.city”də tədris olunacaq
22/09/2026