BDU-nun 14 komandası “TEKNOFEST-2023”ün növbəti mərhələsinə vəsiqə qazanıb

02/02/2023

Bakı Dövlət Universiteti (BDU) “TEKNOFEST-2023” festivalında fəal iştirak edəcək.

BDU-nun festivala qatılacaq 14 komandasının müxtəlif kateqoriyalar üzrə təqdim etdiyi 23 layihə yarışmanın ilk mərhələsini keçərək növbəti mərhələyə vəsiqə qazanıb.

Qeyd edək ki, “TEKNOFEST-2023” festivalı 16-19 mart tarixlərində İzmir, 27 aprel – 1 may tarixlərində İstanbul, 30 avqust – 3 sentyabr tarixlərində isə Ankara şəhərində keçiriləcək.

İlk dəfə Türkiyə sərhədlərindən kənarda “İki Dövlət, Tək Millət, Tək Festival” şüarı ilə 2022-ci ilin may ayında Azərbaycanda təşkil olunan “TEKNOFEST Azərbaycan” festivalında BDU 14 layihə ilə təmsil olunub. BDU-nu təmsil edən komandalar Aqrar texnologiyalar kateqoriyası üzrə II, Sosial yönümlü texnologiyalar kateqoriyası üzrə isə III yerə layiq görülüb.

Xəbərlər

Görkəmli yazıçı, ədəbiyyatşünas və pedaqoq - Mir Cəlal Paşayev

Görkəmli yazıçı, ədəbiyyatşünas və pedaqoq - Mir Cəlal Paşayev
28/09/2026

BDU tələbələri üçün “4Sİ Akademiyası – Milli Proqram” haqqında infosessiya keçiriləcək

BDU tələbələri üçün “4Sİ Akademiyası – Milli Proqram” haqqında infosessiya keçiriləcək
28/09/2026

BDU-nun magistrantları Anım Günü ilə əlaqədar Kəpəz zirvəsinə yürüşdə iştirak ediblər

BDU-nun magistrantları Anım Günü ilə əlaqədar Kəpəz zirvəsinə yürüşdə iştirak ediblər
28/09/2026