BDU-nun 14 təhsil proqramı beynəlxalq akkreditasiya prosesindən keçiriləcək

30/07/2025

Bakı Dövlət Universiteti (BDU) ilə Qazaxıstan Respublikasının Təhsildə Keyfiyyətin Təminatı üzrə Müstəqil Agentliyi (IQAA) arasında beynəlxalq proqram akkreditasiyası üzrə əməkdaşlıq müqaviləsi imzalanıb. Müqaviləyə əsasən, BDU-nun magistratura səviyyəsində tədris olunan 14 təhsil proqramı beynəlxalq akkreditasiya prosesindən keçiriləcək.

Akkreditasiya prosesi Avropa Ali Təhsil Məkanında qəbul olunmuş Avropa Standartları və Təlimatlarına (ESG) uyğun şəkildə həyata keçiriləcək. Qeyd edək ki, IQAA Avropa Keyfiyyət Təminatı Assosiasiyasının (ENQA) tamhüquqlu üzvü olmaqla yanaşı, Avropa Keyfiyyət Təminatı Reyestrində (EQAR) rəsmi qeydiyyata alınıb.

Xatırladaq ki, BDU-nun magistratura səviyyəsindəki 6 ixtisaslaşması (“Qeyri-üzvi kimya”, “Fiziki kimya”, “Analitik kimya”, “Üzvi kimya”, “Yüksəkmolekullu birləşmələr kimyası” və “Neft kimyası”) IQAA tərəfindən 5 il müddətinə beynəlxalq proqram akkreditasiyasından uğurla keçib və Elm və Təhsil Nazirliyinin Akkreditasiya Şurasının 20 sentyabr 2023-cü il tarixli qərarına əsasən, beynəlxalq proqram akkreditasiyası nəticələri dövlət akkreditasiyası üçün nəzərə alınıb.

Beynəlxalq proqram akkreditasiyası prosesi BDU-nun proqramlarının keyfiyyətinin artırılması və qlobal rəqabət qabiliyyətinin təmin olunması baxımından strateji əhəmiyyət daşıyır.

 

Xəbərlər

BDU-da süni intellektin təhsildə tətbiqi müzakirə olunub

BDU-da süni intellektin təhsildə tətbiqi müzakirə olunub
17/09/2026

BDU-nun 4 tələbəsi Küveytdə ərəb dili üzrə təhsil proqramını uğurla başa vurub

BDU-nun 4 tələbəsi Küveytdə ərəb dili üzrə təhsil proqramını uğurla başa vurub
17/09/2026

BDU “QS Biznes Magistr Proqramları Reytinqi”ndə ilk dəfə iki istiqamət üzrə təmsil olunur

BDU “QS Biznes Magistr Proqramları Reytinqi”ndə ilk dəfə iki istiqamət üzrə təmsil olunur
16/09/2026