BDU-nun 16 tələbəsi Prezident təqaüdünə layiq görülüb

14/09/2017

Prezident İlham Əliyevin dünən imzaladığı sərəncamla 102 nəfər Prezident təqaüdünə layiq görülüb. Prezident təqaüdünə layiq görülənlərdən 16 nəfəri Bakı Dövlət Universitetinin tələbələridir. Bu da ötən tədris ilində BDU-dan Prezident təqaüdünə layiq görülən tələbələrin sayından 60 faiz çoxdur. Onu da qeyd edək ki, bu il ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanlarında respublika ali məktəbləri arasında ən çox tələbə qəbulu Bakı Dövlət Universitetinin payına düşür. Belə ki, BDU-nun bakalavriat səviyyəsinə universitetin Qazax filialı da daxil olmaqla 5100, magistratura səviyyəsinə 700 nəfər qəbul edilib. Qəbul imtahanı verən tələbələrdən 600 və daha yüksək bal toplayan 390, 500-700 arası bal toplayan 1500 nəfər Bakı Dövlət Universitetini seçib ki, bu da respublikada 500-700 bal toplayan abituriyentlərin 21%-ni təşkil edir. Eyni zamanda 3-cü ixtisas qrupu üzrə 700 bal toplayan 2 nəfərin seçimi də BDU olub.

Mətbuat və informasiya şöbəsi, 14 sentyabr 2017-ci il.

Xəbərlər

BDU-da “Strateji menecment” ixtisaslaşması açılır

BDU-da “Strateji menecment” ixtisaslaşması açılır  
13/07/2026

BDU-nun müəllimi “Fulbright” Proqramı çərçivəsində ABŞ-nin Nyu-York Universitetində tədqiqatlar aparacaq

BDU-nun müəllimi “Fulbright” Proqramı çərçivəsində ABŞ-nin Nyu-York Universitetində tədqiqatlar aparacaq
13/07/2026

BDU “Neft-qaz mədən geofizikası” ixtisaslaşması üzrə kadrlar hazırlayacaq

BDU “Neft-qaz mədən geofizikası” ixtisaslaşması üzrə kadrlar hazırlayacaq
10/07/2026