BDU-nun 2 tələbəsi “MEDİA Savadlılığı” Həftəsi çərçivəsində mükafatlandırılıb

26/12/2025

“AzerGold” QSC və Medianın İnkişafı Agentliyinin birgə təşkilatçılığı ilə “MEDİA Savadlılığı” Həftəsi çərçivəsində “Kreativ Media - Bakı” adlı məzmun müsabiqəsinin mükafatlandırma mərasimi keçirilib.

Müsabiqə çərçivəsində “Süni intellekt və etika: təhlükəsiz rəqəmsal cəmiyyət”, “Müxtəlif sənayelər üzrə etibarlı məlumatlandırmanın təmini: dağ-mədən sənayesi” və “Media savadlılığı sosial məsuliyyətlilik kontekstində” mövzuları üzrə hazırlanmış məqalələr qiymətləndirilib. Nəticələrə əsasən mükafatlandırılan 6 qalibdən 2-si BDU-nun Jurnalistika fakültəsinin IV kurs tələbələri Nəzrin Xankişiyeva və Məryəm Abdullazadə olub.

Medianın İnkişafı Agentliyinin Media dəstək layihələri, strateji planlaşdırma və informasiya texnologiyaları departamentinin direktoru Ləman İsgəndərova qeyd edib ki, media sahəsində çağdaş tələblərə cavab verən kadrların hazırlanması olduqca vacibdir. “MEDİA Savadlılığı” Həftəsi çərçivəsində keçirilən “Kreativ Media – Bakı” məzmun müsabiqəsi bu istiqamətdə mühüm təşəbbüslərdəndir.

“AzerGold” QSC-nin İdarə Heyəti sədrinin müşaviri Leyla Sadıxova çıxışında müsabiqənin keçirilməsində əsas məqsədin media savadlılığının təşviqi, dezinformasiya ilə mübarizədə yeni yanaşmaların formalaşdırılması, eyni zamanda gənclər üçün peşəkarlaşma və ixtisaslaşma imkanlarının genişləndirilməsi olduğunu bildirib. O, müsabiqə mövzuları arasında dağ-mədən sənayesinə dair yazıların “AzerGold” üçün xüsusi əhəmiyyət kəsb etdiyini deyib, gənclərin bu sahənin mahiyyətini düzgün anlayaraq, analitik və peşəkar şəkildə təqdim etdiyi məqalələri yüksək qiymətləndirib.

Tədbir çərçivəsində BDU-nun Yeni media və kommunikasiya nəzəriyyəsi kafedrasının dosenti Könül Niftəliyeva tərəfindən “Müasir yazı texnikaları və jurnalistika prinsiplərinin qorunması” mövzusunda təlim keçirilib.

Xəbərlər

Xocalı soyqırımından 34 il ötür

Xocalı soyqırımından 34 il ötür
26/02/2026

Dövlət Məşğulluq Agentliyinin əməkdaşı BDU-da “Effektiv “LinkedIn” profilinin hazırlanması” mövzusunda təlim keçib

Dövlət Məşğulluq Agentliyinin əməkdaşı BDU-da “Effektiv “LinkedIn” profilinin hazırlanması” mövzusunda təlim keçib
25/02/2026

"BDU-dan beynəlxalq təcrübəyə" layihəsinin ilk seminarı

"BDU-dan beynəlxalq təcrübəyə" layihəsinin ilk seminarı
25/02/2026