BDU-nun “30 gün Şərq” layihəsinə yekun vurulub

05/04/2021

Bakı Dövlət Universitetinin (BDU) Şərqşünaslıq fakültəsində Tələbə Gənclər Təşkilatının (TGT) təşəbbüsü ilə “30 gün Şərq” layihəsi çərçivəsində fakültənin 99-cu ildönümü ilə əlaqədar onlayn dəyirmi masa keçirilib. Dəyirmi masada fakültənin görkəmli məzunları ilə silsilə görüşlərə yekun vurulub. Yekun görüşdə fakültənin tanınmış məzunları, professor-müəllim heyəti və tələbələr iştirak edib.

Fakültənin dekanı, professor Elxan Əzizov çıxışında fakültənin tarixi ilə bağlı ətraflı məlumat verib, layihə müddətində görkəmli məzunlarla görüşlərin əhəmiyyətindən, bu istiqamətdə məzunlarla əlaqələrin gücləndirilməsindən, son illərdə təhsilin inkişafı ilə bağlı həyata keçirilən tədbirlərdən, tətbiq edilən yeniliklərdən, fakültənin beynəlxalq əlaqələrindən bəhs edib.

Fakültənin məzunları -  Azərbaycan Respublikasının Yaponiyadakı fövqəladə və səlahiyyətli səfiri Gürsel İsmayılzadə, Malayziyadakı fövqəladə və səlahiyyətli səfiri Qaley Allahverdiyev, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, Milli Məclisin üzvü, akademik Rafael Hüseynov, Türk filologiyası kafedrasının professoru, Milli Məclisin üzvü Jalə Əliyeva, Türk filologiya kafedrasının professoru, Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin rəisi Əsgər Rəsulov çıxış edərək Şərqşünaslıq fakültəsinin keçdiyi tarixi yoldan, əldə edilən uğurlardan söz açıblar. Çıxışlarda 99 yaşlı Şərqşünaslıq fakültəsinin ölkəmizdə yüksəkixtisaslı şərqşünas kadrların hazırlanmasındakı rolundan danışılıb.

Sonra İran filologiyası kafedrasının müdiri, professor Mehdi Kazımov, Türk filologiyası kafedrasının müdiri, professor Rüfət Rüstəmov və Uzaq şərq dilləri və ədəbiyyatı kafedrasının müdiri, professor Oqtay Cəlilbəyli çıxış ediblər.

Xəbərlər

BDU və Mədəniyyət Nazirliyinin birgə təşəbbüsü ilə yaradılan “Mədəniyyət hüququ” ixtisaslaşmasının ilk buraxılışı olub

BDU və Mədəniyyət Nazirliyinin birgə təşəbbüsü ilə yaradılan “Mədəniyyət hüququ” ixtisaslaşmasının ilk buraxılışı olub
09/07/2026

Bu il BDU-nun SABAH qruplarını 493 məzun bitirir

Bu il BDU-nun SABAH qruplarını 493 məzun bitirir
09/07/2026

BDU ictimaiyyətlə əlaqələr üzrə kadr hazırlığına başlayır

BDU ictimaiyyətlə əlaqələr üzrə kadr hazırlığına başlayır
08/07/2026