BDU-nun 3 komandası “ADEX-2022” 4-cü Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində iştirak edir

06/09/2022

Bakı Dövlət Universitetinin (BDU) əməkdaşları və tələbələri “ADEX-2022” 4-cü Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində iştirak edirlər.

BDU sərgidə 4 stenddə 3 komanda və 7 layihə ilə təmsil olunur.

Sentyabrın 6-da BDU-nun “Uçuş texnologiyaları” komandası pilotsuz uçuş aparatlarını ziyarətçilərə təqdim edib.

3 gün davam edəcək sərginin növbəti günlərində BDU komandalarının hazırladığı alternativ enerji sistemlərinin müdafiə sənayesində tətbiqi, müxtəlif süni intellekt əsaslı proqramlaşdırma layihələri təqdim ediləcək. BDU əməkdaşları həmçinin sentyabrın 8-də keçiriləcək “Gələcəyin milli sənaye kompleksi” adlı dəyirmi masada da iştirak edəcəklər.​

Qeyd edək ki, “ADEX” sərgisi Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin təşəbbüsü və təşkilatçılığı, Müdafiə Nazirliyinin dəstəyi ilə keçirilir. Tədbirin təşkilati işlərinin icrası “Caspian Event Organisers” şirkətinə həvalə edilib.

“ADEX” müasir silah və texnikanın sərgisi pandemiyanın yaratdığı məcburi fasilədən sonra növbəti dəfə baş tutur. Sərginin xüsusi əhəmiyyəti həm də onun Azərbaycanın Vətən müharibəsində qazandığı şanlı Zəfərdən sonra ilk dəfə keçirilməsidir. Sərgidə Azərbaycan Ordusunun qələbəsində müstəsna rol oynamış ölkənin hərbi-sənaye kompleksinin gücü və qüdrəti, müasir silahlar nümayiş etdirilir.

Sərgidə dünyanın 32 ölkəsindən 200-dən çox şirkət iştirak edir.

 

 

Xəbərlər

BDU-nun 45 məzunu Dövlət Proqramı çərçivəsində xaricdə magistratura və doktorantura səviyyələri üzrə təhsillərini davam etdirəcək

BDU-nun 45 məzunu Dövlət Proqramı çərçivəsində xaricdə magistratura və doktorantura səviyyələri üzrə təhsillərini davam etdirəcək
28/07/2026

XIX Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında ölkəmizi təmsil edəcək komanda müəyyənləşib

XIX Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında ölkəmizi təmsil edəcək komanda müəyyənləşib
28/07/2026

BDU rektoru abituriyentlərlə görüşüb

BDU rektoru abituriyentlərlə görüşüb
28/07/2026