BDU-nun 537 tələbəsi COP29-da aktiv könüllü fəaliyyətinə görə təltif olunub

17/01/2025

Bakı Dövlət Universitetinin (BDU) ötən ilin 11-22 noyabr tarixlərində BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) uğurlu təşkil olunmasında iştirak edən 537 tələbəsinin fəaliyyəti Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən yüksək qiymətləndirilib, onlar təşəkkürnamə və pul mükafatı ilə təltif olunublar.

Tədbir dövründə 17 şöbə üzrə 35 fərqli istiqamətdə fəaliyyət göstərən COP29 könüllüləri hava limanında qonaqların qarşılanması prosesindən tutmuş tədbirin keçirildiyi Bakı Olimpiya Stadionunda dəstəyin göstərilməsinə qədər müxtəlif sahələrdə fəaliyyət göstərməklə yanaşı, COP29 Azərbaycan Əməliyyat Şirkətinin əməkdaşlarına və BMT nümayəndələrinə müvafiq işlərin icrasında da yaxından dəstək göstəriblər.

Qeyd edək ki, BDU-nun müxtəlif struktur rəhbərləri və müəllimləri də COP29-un təşkilindəki səmərəli fəaliyyətlərinə görə Azərbaycan Respublikasının Prezidenti  tərəfindən təşəkkürnaməyə layiq görülüblər.

Xəbərlər

BDU “QS Biznes Magistr Proqramları Reytinqi”ndə ilk dəfə iki istiqamət üzrə təmsil olunur

BDU “QS Biznes Magistr Proqramları Reytinqi”ndə ilk dəfə iki istiqamət üzrə təmsil olunur
16/09/2026

BDU-da “Suveren Azərbaycan - qürurumuz, Zəfərimiz” mövzusunda tələbələrlə görüş

BDU-da “Suveren Azərbaycan - qürurumuz, Zəfərimiz” mövzusunda tələbələrlə görüş
16/09/2026

İsrailin Kaye Akademik Təhsil Kollecinin layihə rəhbəri BDU tələbələrinə mühazirə deyib

İsrailin Kaye Akademik Təhsil Kollecinin layihə rəhbəri BDU tələbələrinə mühazirə deyib
16/09/2026