BDU-nun 5 tələbəsi İƏT-in Gənclər Forumunda iştirak edir

02/07/2025

Bakı Dövlət Universitetinin (BDU) 5 tələbəsi - Mert Üstün, Aslan Bekirhan (Beynəlxalq münasibətlət və iqtisadiyyat fakültəsi), Eylül Tanşi Karaca (Sosial elmlər və psixologiya fakültəsi), Burcu Çaylak (Tarix fakültəsi), həmçinin bu il BDU-dan yüksək təhsil göstəricisi ilə məzun olan Fidan Kərimli İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT) Həftəsi çərçivəsində keçirilən İƏT-in Gənclər Forumunda iştirak edirlər.

Gənclər Forumu çərçivəsində “Yüksəksəviyyəli perspektivlər: Regional inkişafda gənclərin rolu” mövzusunda plenar panel, “Ölkə müdaxilələri: Gənclərin milli strategiyalarının davamlı inkişafa töhfəsinin qiymətləndirilməsi üzrə Milli Perspektivlər” mövzusunda panel sessiya keçirilib.

Panel müzakirələrin sonunda isə gənclər tərəfindən İşçi qruplar yaradılıb və üç istiqamətdə - iqtisadi və ticari əməkdaşlıq, davamlılıq və texnologiya, insan inkişafı və insanlar arasında dialoq məsələləri ətrafında müzakirələr aparılıb.

İşçi qrupların iclasında çıxış edən BDU-nun tələbəsi Mert Üstün İƏT ölkələrində “EKO könüllülük” proqramı təşəbbüsü ilə çıxış edib, bununla gənclərin yeni təcrübələr əldə edəcəyini bildirib.

Qeyd edək ki, Forumda təşkilata üzv olan 7 ölkədən 100-dək gənc, dövlət orqanlarının nümayəndələri, İƏT rəsmiləri və ekspertlər iştirak edirlər.

Xəbərlər

Müstəqil Azərbaycan dövlətçiliyinin banisi – Ümummilli Lider

Müstəqil Azərbaycan dövlətçiliyinin banisi – Ümummilli Lider
10/05/2026

BDU kollektivi Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib

BDU kollektivi Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib
10/05/2026

BDU “AnewZ” beynəlxalq televiziya kanalı ilə əməkdaşlığa başlayır

BDU “AnewZ” beynəlxalq televiziya kanalı ilə əməkdaşlığa başlayır
09/05/2026