BDU-nun 6 tələbəsi Azərbaycan Kibertəhlükəsizlik Mərkəzindən məzun olub

30/07/2025

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) İsrailin “Technion” Texnologiya İnstitutu ilə birgə təsis etdiyi Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin sayca beşinci “Məzun Günü” keçirilib. Bu tədris dalğası üzrə 100 yeni kibertəhlükəsizlik mütəxəssisi hazırlanıb. Onlardan 6-sı BDU tələbəsidir.

Tələbələr tədris müddətində beynəlxalq mütəxəssislər tərəfindən müdafiə (“Blue team”), hücum (“Red team”)  və “Purple team” qruplarında müvafiq istiqamətlər üzrə təlim keçərək, kibertəhlükəsizlik sahəsində ən qabaqcıl strategiya, texnologiya və yeniliklər haqqında praktiki biliklərə yiyələniblər.
BDU-nun Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin “İnformasiya təhlükəsizliyi” və SABAH qruplarının “Kompüter elmləri” ixtisasları üzrə tələbələri Rəhman Mürsəlov, Humay Hacıyeva, Arif Qafarov, Səid Bayramov hücum, Elnur Fərzalıyev və Şahanə Qurbanova isə müdafiə qrupları üzrə məzun olublar.

Ümumilikdə indiyədək Azərbaycan Kibertəhlükəsizlik Mərkəzindən 380 nəfər məzun olub.

Xəbərlər

BDU-da süni intellektin təhsildə tətbiqi müzakirə olunub

BDU-da süni intellektin təhsildə tətbiqi müzakirə olunub
17/09/2026

BDU-nun 4 tələbəsi Küveytdə ərəb dili üzrə təhsil proqramını uğurla başa vurub

BDU-nun 4 tələbəsi Küveytdə ərəb dili üzrə təhsil proqramını uğurla başa vurub
17/09/2026

BDU “QS Biznes Magistr Proqramları Reytinqi”ndə ilk dəfə iki istiqamət üzrə təmsil olunur

BDU “QS Biznes Magistr Proqramları Reytinqi”ndə ilk dəfə iki istiqamət üzrə təmsil olunur
16/09/2026