BDU-nun 6 tələbəsi “MEDİAlab” layihəsi çərçivəsində mükafatlandırılıb

09/12/2024

Medianın İnkişafı Agentliyi və “AzerGold” QSC-nin birgə təşkilatçılığı keçirilən “Kreativ Media - Bakı” məzmun müsabiqəsinin mükafatlandırma mərasimi keçirilib.

Mərasimdə çıxış edən Medianın İnkişafı Agentliyinin Media dəstək layihələri, strateji planlaşdırma və informasiya texnologiyaları departamentinin direktoru Ləman İsgəndərova qeyd edib ki, çağdaş medianın tələblərinə cavab verən, gənc, dinamik, istedadlı və bacarıqlı jurnalistlərin hazırlanması olduqca vacibdir. “MEDİAlab” layihəsi çərçivəsində təşkil olunan “Kreativ Media - Bakı” məzmun müsabiqəsi bu istiqamətdəki mühüm təşəbbüslərdəndir.

Qeyd olunub ki, müsabiqə müddətində  Medianın İnkişafı Agentliyinin Naxçıvan regional idarəsinin müdiri Vəfa İsgəndərova və Bakı Dövlət Universitetinin (BDU) Yeni media və kommunikasiya nəzəriyyəsi kafedrasının dosenti Könül Niftəliyevanın iştirakı ilə "Kreativ Media - Bakı" məzmun müsabiqəsinin finalçıları ilə mentorluq görüşü keçirilib. Görüş zamanı mentorlar gənclərin hazırladıqları onlayn qəzet və süjet materiallarını təhlil edib, öz tövsiyələrini veriblər.

“AzerGold” QSC-nin müşaviri Leyla Sadıxova qlobal ətraf mühit məsələlərinin və dayanıqlı inkişafın artıq dünyada yeni məzmun kəsb etdiyini qeyd edib. O, “Kreativ Media - Bakı” məzmun müsabiqəsinin mövzularının müasir dövrün çağırışları ilə uzlaşdığını, gənclərin hazırladıqları reportajlarda iqlim dəyişmələrinə qarşı mübarizədə yeni yanaşmaların əks olunduğunu bildirib.

Sonda müsabiqənin qalibləri təltif olunub. BDU-nun tələbələri Nurlan Cəbrayılzadə, Nahid Xəlilov, Safura Məmmədova “Onlayn qəzet”, Günel Məmmədova, Səmayə Qədirova və Alidə Məmmədova isə “Reportaj” nominasiyaları üzrə mükafatlara layiq görülüblər.

Tədbir çərçivəsində “Yaşıl həmrəylik və dayanıqlı inkişaf mediada” adlı ideya müsabiqəsi də keçirilib.

Tədbirdə gənclər siyasəti və gənclərlə iş sahəsində xüsusi fərqlənməyə görə 2024 cü il Gənclər üçün Prezident mükafatçısı, Gənclər və İdman Nazirliyinin Beynəlxalq əlaqələr sektorunun müdiri Zərifə Zülfüqarova tərəfindən “Yaşıl həmrəylik və dayanıqlı inkişaf mediada” ideya müsabiqəsi çərçivəsində davamlı tərəqqinin əsas prinsipləri və məqsədləri haqqında geniş məlumatlandırma sessiyası keçirilib, müsabiqənin hazırlıq prosesi və istiqamətlərinə dair informasiya verilib. Daha sonra iştirakçılar 30 dəqiqə ərzində “Ekoloji təşəbbüslər: “Yaşıl düşüncə”” və “Sıfır Emissiya: Sağlam gələcək” mövzuları üzrə təqdimat hazırlayıblar.

BDU-nun lll kurs tələbələri Nurlan Cəbrayılzadə, Nahid Xəlilov və Safura Məmmədovanın təmsil olunduğu "Eko-PROQRESS" komandası ideya müsabiqəsinin qalibi olub.

Tələbələrimizi təbrik edir, uğurlarının davamını arzulayırıq!

Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024