BDU-nun 6 tələbəsi “Qırmızı Ürəklər Təhsil Təqaüdü”nə layiq görülüb

12/02/2025

Bakı Dövlət Universitetinin (BDU) 6 tələbəsi - Xanım Cəfərova, Gülər İsmayılzadə, Fəridə Məmmədova, İbrahim Mustafayev, Fatimə Şabanova, Səlimə Zəkizadə Təhsilin İnkişafı Fondu və Qırmızı Ürəklər Fondunun birgə əməkdaşlığı çərçivəsində həyata keçirilən “Qırmızı Ürəklər Təhsil Təqaüdü” proqramının qalibi olub.

Proqrama ümumilikdə 306 nəfər müraciət edib. Seçim prosesini keçən 69 namizəd müsahibə mərhələsinə dəvət edilib. Sonda bütün mərhələlərdən uğurla keçən 23 tələbə proqramın qalibi olub. Qalib tələbələr 2024-2025-ci tədris ili boyunca hər ay 200 AZN məbləğində təqaüd alacaqlar.

Qaliblərin seçimi zamanı ali təhsil müəssisələrində I kursda əyani bakalavriat təhsili alan, qəbul imtahanında 600-dən yuxarı bal toplayan, dərsdənkənar fəaliyyətləri və akademik göstəriciləri yüksək olan, sosial baxımdan həssas əhali qrupuna aid olan tələbələrə üstünlük verilib.

Qeyd edək ki, layihə çərçivəsində 2022-2023 tədris ilində 26, 2023-2024-cü tədris ilində isə 25 tələbə bu imkandan yararlanma şansı əldə edib. Cari ildə təqaüd proqramı Təhsilin İnkişafı Fondu və Qırmızı Ürəklər Fondu arasındakı əməkdaşlıq memorandumu çərçivəsində həyata keçirilir. Tələbələrə təqdim ediləcək təqaüd “Birbank”la Fondun 2023-cü ildə start verdiyi “Onu oxut” ianə kampaniyası çərçivəsində toplanan vəsait hesabına təmin edilir. Gələcəyin istedadlı gənclərini dəstəkləmək üçün həyata keçirilən bu təşəbbüs təhsildə bərabər imkanların təmin edilməsinə töhfə verməyi hədəfləyir.

Qırmızı Ürəklər Fondu - “Red Hearts” 2019-cu ildə “Kapital Bank”ın könüllü əməkdaşlarının təşəbbüsü ilə yaradılıb. 2020-ci ildə dövlət qeydiyyatına alınan Fond ölkəmizdə ianəçilik mədəniyyətinin formalaşmasına xidmət edir.

Xəbərlər

BDU-da “Aqrar sığorta” fənninin tədrisinə başlanılıb

BDU-da “Aqrar sığorta” fənninin tədrisinə başlanılıb
12/01/2026

BDU-da “Nanotexnologiyalar və nanotexnoloji aspektlər” mövzusunda təlim keçirilib

BDU-da “Nanotexnologiyalar və nanotexnoloji aspektlər” mövzusunda təlim keçirilib
12/01/2026

Özbəkistanın Çirçik Dövlət Pedaqoji Universitetinin nümayəndə heyəti BDU-da

Özbəkistanın Çirçik Dövlət Pedaqoji Universitetinin nümayəndə heyəti BDU-da
08/01/2026