BDU-nun 866 bakalavr və magistri yay semestri dərslərində iştirak edir

30/07/2025

Bakı Dövlət Universitetində (BDU) Nazirlər Kabinetinin 2013-cü il 24 dekabr tarixli 348 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”na əsasən, yay semestri təşkil olunub.

Yay semestri 2024/2025-ci tədris ilində bakalavriat və magistratura səviyyələrində təhsil alan tələbə və magistrantların fənlər üzrə akademik borclarının ləğv edilməsi və ya müvəffəqiyyət qazanılan fəndən qiymətin yüksəldilməsinə dair müraciətləri nəzərə alınaraq təşkil edilir.

İyulun 28-dən başlayan yay semestri üzrə dərslərin 5 həftə ərzində keçirilməsi nəzərdə tutulub. Ümumilikdə yay semestri dərslərində 120-dək fənn üzrə 858 bakalavr və 8 magistr iştirak edir.

 

Xəbərlər

“Bir yay, min xatirə” Yay düşərgəsi çərçivəsində daha beş təlim və seminar keçirilib

“Bir yay, min xatirə” Yay düşərgəsi çərçivəsində daha beş təlim və seminar keçirilib
24/08/2026

BDU-nun həmtəşkilatçılığı ilə keçirilən “Bir yay, min xatirə” Yay düşərgəsinin bağlanış mərasimi

BDU-nun həmtəşkilatçılığı ilə keçirilən “Bir yay, min xatirə” Yay düşərgəsinin bağlanış mərasimi
24/08/2026

BDU-nun həmtəşkilatçılığı ilə Qubada tələbələr və şəhid-qazi övladları üçün Yay düşərgəsinin açılış mərasimi

BDU-nun həmtəşkilatçılığı ilə Qubada tələbələr və şəhid-qazi övladları üçün Yay düşərgəsinin açılış mərasimi
21/08/2026