BDU-nun 98 illiyinə həsr olunmuş universitetlərarası intellektual yarış keçirilib

20/11/2017

Bakı Dövlət Universitetində Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) və Azərbaycan İntellektual Oyunlar Klubunun (AİOK) dəstəyi ilə Bakı Dövlət Universitetinin Tələbə Gənclər Təşkilatı (BDU TGT) tərəfindən universitetin yaranmasının 98 illiyinə həsr olunmuş "BDU-98" adlı intellektual yarış keçirilib.

Ümumilikdə 3 saat davam edən yarışda qonaq qismində Yasamal rayon Gənclər və İdman idarəsinin rəis müavini Ramin Cəbrayılov, Bakl şəhər Gənclər və İdman Baş Bdarəsinin əməkdaşı Samir Kazımov, AİOK-un sədri Aydın Piriyev və müxtəlif təhsil müəssisələrinin TGT sədrləri iştirak edib.

Bakı və Sumqayıt şəhərlərində yerləşən ali və orta ixtisas təhsil müəssisələrinin də komandalarının qatıldığı yarışda ümumilikdə 50-dən çox komanda qalibiyyət uğrunda mübarizə aparıb. Komandaların gərgin mübarizəsi ilə 3 mərhələdə davam edən yarışda Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Ala qarğa” komandası topladığı 16 balla 3-cü yerdə, Azərbaycan Dillər Universitetinin “Fenomen” komandası 18 balla 2-ci yerdə qərarlaşıb. Yarışın qalib komandası isə 26 bal toplayan Bakı Mühəndislik Universitetinin “Mühəndislik universiteti” adlı komandası olub.

İlk 3 yerin sahibi olan komandalar BDU TGT tərəfindən hədiyyələr, diplom və medallarla mükafatlandırılıblar.

Mətbuat və informasiya şöbəsi, 20 noyabr 2017-ci il.

Xəbərlər

BDU-nun tərəfdaşlığı ilə növbəti BMT-nin İqlim Dəyişmələri üzrə Gənclərin Lokal Konfransı – “LCOY Azerbaijan 2026” keçirilib

BDU-nun tərəfdaşlığı ilə növbəti BMT-nin İqlim Dəyişmələri üzrə Gənclərin Lokal Konfransı – “LCOY Azerbaijan 2026” keçirilib
12/09/2026

2025/2026-cı tədris ilində 1025 tələbə BDU-nu  fərqlənmə diplomu ilə bitirib

2025/2026-cı tədris ilində 1025 tələbə BDU-nu  fərqlənmə diplomu ilə bitirib
11/09/2026

BDU-nun əcnəbi tələbəsi AIDA-nın yaradılmasının 15-ci ildönümünə həsr olunmuş konfransda təltif olunub

BDU-nun əcnəbi tələbəsi AIDA-nın yaradılmasının 15-ci ildönümünə həsr olunmuş konfransda təltif olunub
11/09/2026