BDU-nun 9 tələbəsi “Codelandia”nın xüsusi təqaüd proqramlarının qalibi olub

30/05/2025

Bakı Dövlət Universitetinin (BDU) 9 tələbəsi “Codelandia” MMC-nin kibertəhlükəsizlik sahəsi üzrə 6 aylıq intensiv təlim proqramı üçün elan edilmiş I və II xüsusi təqaüd proqramlarının qalibi olub. Proqram BDU və “Codelandia” MMC arasındakı əməkdaşlıq haqqında anlaşma memorandumu çərçivəsində həyata keçirilib.

Proqramın qalibləri aşağıdakılardır:

I xüsusi təqaüd proqramını üzrə:

Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin “Kompüter elmləri” ixtisası üzrə IV kurs tələbəsi Cavidan Əlizadə və “İnformasiya təhlükəsizliyi” ixtisası üzrə IV kurs tələbəsi Hacı Məmmədov – tam ödənişsiz

Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin “Kompüter elmləri” ixtisası üzrə II kurs tələbəsi - İskəndər Məmmədov - 70% təqaüdlə

Sosial elmlər və psixologiya fakültəsinin “Sosiologiya” ixtisası üzrə II kurs tələbəsi -  Ağasəməd Əliyev - 50% təqaüdlə

II xüsusi təqaüd proqramını üzrə:

Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin “Kompüter elmləri” ixtisası üzrə IV kurs tələbəsi - Məhəmməd Severxanov - tam ödənişsiz

Sosial elmlər və psixologiya fakültəsinin “Psixologiya” ixtisası üzrə III kurs tələbəsi -  Nahidə Mənsurova - 70% təqaüdlə

Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin “Kompüter elmləri” ixtisası üzrə I kurs tələbəsi – Nigar Əhmədova - 50% təqaüdlə

Mexanika-riyaziyyat fakültəsinin “Riyaziyyat” ixtisası üzrə IV kurs tələbəsi – Vəfa Əhmədova - 50% təqaüdlə

Hüquq fakültəsinin “Hüquqşünaslıq” ixtisası üzrə I kurs tələbəsi - Nəsrulla Nifdullayev - 50% təqaüdlə qalib olub.

Təlim proqramı beynəlxalq təcrübə əsasında hazırlanıb və real hücum simulyasiyaları, praktiki tapşırıqlar ilə təkmilləşdirilərək, tələbələrin sahəyə tam hazır mütəxəssis kimi yetişməsinə imkan yaradır. Proqramın sonunda uğurlu tələbələrin beynəlxalq sertifikata çıxışı təmin olunur.

Qeyd edək ki, müraciətlər aktivdir və hazırda da növbəti qruplar üçün tələbələrin qəbulu davam edir.

Xəbərlər

BDU-nun Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin 70-dən çox məzunu dünyanın nüfuzlu universitetlərinə qəbul olub

BDU-nun Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin 70-dən çox məzunu dünyanın nüfuzlu universitetlərinə qəbul olub
04/07/2025

BDU rektoru T3 Fondunun Azərbaycan təmsilçisi və “Bilim Bakı”nın direktoru ilə görüşüb

BDU rektoru T3 Fondunun Azərbaycan təmsilçisi və “Bilim Bakı”nın direktoru ilə görüşüb
04/07/2025

BDU-da “Code8 Hackathon” keçirilib

BDU-da “Code8 Hackathon” keçirilib
03/07/2025