BDU-nun 9 tələbəsi “Gənc qızların təhsilinə dəstək” layihəsindən məzun oldu

25/06/2026

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Elm və Təhsil Nazirliyi, Təhsilin İnkişafı Fondunun birgə əməkdaşlığı ilə “Gənc qızların təhsilinə dəstək” layihəsi iştirakçılarının növbəti Məzun Günü təşkil edilib.

Məzun Günü 2021-ci ildə ali təhsil müəssisələrinə yüksək balla daxil olmuş “Hənifə Məlikova – Zərdabi adına qızların təhsilinə dəstək” təqaüd proqramı və “Sən Tək Deyilsən” layihəsi çərçivəsində həyata keçirilən “Gələcəyə əmin addımlarla” şəhid xanımlarının təhsilinə dəstək proqramının, eləcə də digər təqaüd proqramlarının məzunlarını bir araya gətirib.

BDU-nun 9 tələbəsi – Günel Cəfərova, Türkan Həsənova, Xumar Məmmədova, Lalə Əlizadə, Aysu Ayaz, Səbinə Ağalarzadə “Hənifə-Məlikova Zərdabi adına qızların təhsilinə dəstək” təqaüd proqramının, Kişvər İbişova, Maya Əsədzadə və Gülxar Kişmişova isə “Parla” təqaüd proqramının məzunu olub.

Tələbələrimizi təbrik edir, onlara daha böyük uğurlar arzulayırıq!


Xəbərlər

BDU əməkdaşları üçün “Stresin idarə edilməsi” mövzusunda təlim keçirilib

BDU əməkdaşları üçün “Stresin idarə edilməsi” mövzusunda təlim keçirilib
13/11/2026

BDU-da “Qoşa saat”: Tələbələr data idarəçiliyinin sirlərini öyrəniblər

BDU-da “Qoşa saat”: Tələbələr data idarəçiliyinin sirlərini öyrəniblər
13/11/2026

BDU-da "İƏT Modeli Beynəlxalq Münasibətlər Akademiyası - 2026" layihəsinin ilk sessiyaları keçirilib

BDU-da "İƏT Modeli Beynəlxalq Münasibətlər Akademiyası - 2026" layihəsinin ilk sessiyaları keçirilib
13/11/2026