BDU-nun Sosial iş kafedrasında magistrantlar öz tədqiqatları haqqında məruzə ediblər

19/05/2021

Bakı Dövlət Universitetinin Sosial elmlər və psixologiya  fakültəsində  Sosial iş kafedrasının onlayn elmi-pedaqoji seminarı keçirilib. Seminarda Həyat fəaliyyətinin müxtəlif  sahələrində sosial iş ixtisaslaşması üzrə II kurs   magistrant Mədinə Qurbanova  “Erkən analıq sosial fenomen kimi”,  gənclərlə iş ixtisaslaşması üzrə II kurs   magistrant Məmməd Əliyev “Azərbaycanda gənclər siyasətinin əsas prioritetləri” mövzularında məruzə ediblər. Məruzələrdə magistr dissertasiyası mövzularında apardığı tədqiqatlar, elmi tədqiqata cəlb edilmiş materiallar və elmi işlərin nəticələri barədə məlumat verilib.

Sonda Sosial iş kafedrasının əməkdaşları - kafedra  müdiri, dosent Üzeyir Şəfiyev, professor Qızılgül Abbasova, dosent Rəna Məmmədova, baş müəllim Elizə İsmayılova, müəllimlər Tamilla Əlizadə, Tərlan Tağıyeva, Aynur Rəşidova çıxış edərək mövzu və tədqiqat işləri ilə bağlı fikir bildirib, magistrantların elmi işlərini yüksək qiymətləndiriblər.

Xəbərlər

BDU-da “44 günün qəhrəmanları – Zəfərin əbədi yaddaşı” adlı tədbir

BDU-da “44 günün qəhrəmanları – Zəfərin əbədi yaddaşı” adlı tədbir
28/10/2026

BDU tələbələri narkomaniyanın fəsadları barədə məlumatlandırılıb

BDU tələbələri narkomaniyanın fəsadları barədə məlumatlandırılıb
28/10/2026

BDU Keniyanın Suahili Mədəniyyət Kitabxanasına kitab və jurnallar hədiyyə edib

BDU Keniyanın Suahili Mədəniyyət Kitabxanasına kitab və jurnallar hədiyyə edib
28/10/2026