BDU-nun şahmat komandası qalib olub

26/04/2022

Yasamal rayonu ərazisində yerləşən ali təhsil müəssisələri arasında Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş şahmat yarışı keçirilib. Yarışın təşkilatçıları Yasamal Rayon İcra Hakimiyyəti, Yasamal rayon Gənclər və İdman İdarəsi və YAP Yasamal rayon təşkilatıdır. Bakı Dövlət Universitetinin şahmat komandası yarışın qalibi olub.

Qeyd edək ki, turnirdə BDU-nun komandası ilə yanaşı, Memarlıq və İnşaat Universiteti, Mədəniyyət və İncəsənət Universiteti, Azərbaycan Texniki Universiteti və Yasamal rayonu ərazisində yerləşən digər ali təhsil müəssisələrinin komandaları iştirak ediblər.

Xəbərlər

BDU-nun İctimaiyyətlə əlaqələr və informasiya şöbəsinin məlumatı

BDU-nun İctimaiyyətlə əlaqələr və informasiya şöbəsinin məlumatı
21/11/2026

BDU əməkdaşları üçün “Konfliktlərin idarə edilməsi” mövzusunda təlim

BDU əməkdaşları üçün “Konfliktlərin idarə edilməsi” mövzusunda təlim
20/11/2026

BDU-da tədbir: “Heydər Əliyev fenomeni və Azərbaycan dövlətçiliyinin tarixi inkişaf modeli”

BDU-da tədbir: “Heydər Əliyev fenomeni və Azərbaycan dövlətçiliyinin tarixi inkişaf modeli”
20/11/2026