BDU-nun alimi KSPE-nin sertifikatı ilə təltif olunub

26/04/2021

Bakı Dövlət Universitetinin Fizika fakültəsi Nanomaterialların kimyəvi fizikası kafedrasının dosenti Flora Hacıyeva Springer nəşriyyatında dərc olunan  “International Journal of Precision Engineering and Manufacturing-Green Technology” jurnalında 2020-ci il üzrə göstərdiyi aktiv resenzent fəaliyyətinə görə Korean Society for Precision Engineering (KSPE) cəmiyyətinin prezidenti və jurnalın redaksiya heyəti tərəfindən sertifikatla təltif olunub.

Qeyd edək ki, “International Journal of Precision Engineering and Manufacturing-Green Technology” jurnalı əsasən ekoloi mühəndislik, yaşıl mikro və nanotexnologiyalar, bərpa olunan yeni enerji mənbələrinin istehsalı, təkrar emal olunan biouyğun materiallar, “agıllı”, multifunsional materiallar, yüngül materiallar və konstruksiyalar, enerjinin saxlanması və çevrilməsi üçün istifadə olunan materiallar  və bənzər sahələrə dair elmi məqalələri dərc edir. Jurnal "Scopus", "Science Citation Index Expanded", "Japanese Science and Technology Agency", "Korea Citation Index", "Journal Citation Reports" və sair beynəlxalq bazalarda indekslənir.

Xəbərlər

BDU-nun professor-müəllim heyəti üçün “Süni intellekt müəllimin köməkçisi kimi” mövzusunda təlim keçiriləcək

BDU-nun professor-müəllim heyəti üçün “Süni intellekt müəllimin köməkçisi kimi” mövzusunda təlim keçiriləcək
02/10/2026

BDU-da elmi resurslardan səmərəli istifadə və elmi nəşrlərin beynəlxalq təsirinin artırılması üzrə təlim

BDU-da elmi resurslardan səmərəli istifadə və elmi nəşrlərin beynəlxalq təsirinin artırılması üzrə təlim
02/10/2026

BDU EIFL-in Baş Assambleyasında təmsil olunub

BDU EIFL-in Baş Assambleyasında təmsil olunub
02/10/2026