BDU-nun alimi Robert Mobili Varşavada keçirilən VII Beynəlxalq Konqresdə çıxış edib

21/09/2017

Bakı Dövlət Universitetinin baş elmi işçisi, Azərbaycanın Alban-Udin Xristian İcmasının sədri Robert Mobili Varşavada keçirilmiş VII Beynəlxalq Konqresdə iştirak edib.

Robert Mobili "Udinlərin postsovet məkanında sosial-iqtisadi həyatı" adlı məruzəsində udinlərin postsovet məkanında həyatından, xalqın adət və ənənələrindən bəhs edib.  Eyni zamanda, Azərbaycanın müstəqillik illərində respublikada alban kilsələrinin və dini  məbədlərin bərpasından, multikulturalizmin Azərbaycan modelinin dünyada uğurlu təbliğatından da danışıb.

Robert Mobili çıxışından sonra konqres iştirakçılarının çoxsaylı suallarını cavablandırıb.

Mətbuat və informasiya şöbəsi, 21 sentyabr 2017-ci il.

Xəbərlər

BDU-da “Ümummilli Lider: Heydər Əliyev mühazirələri” layihəsinin növbəti görüşü

BDU-da “Ümummilli Lider: Heydər Əliyev mühazirələri” layihəsinin növbəti görüşü
27/10/2026

BDU ilə Özbəkistanın Termez Dövlət Universiteti arasında anlaşma memorandumu imzalanıb

BDU ilə Özbəkistanın Termez Dövlət Universiteti arasında anlaşma memorandumu imzalanıb
27/10/2026

BDU təhsil tələbə krediti üzrə güzəştlərdən yararlanan tələbələrin sayına görə liderdir

BDU təhsil tələbə krediti üzrə güzəştlərdən yararlanan tələbələrin sayına görə liderdir
27/10/2026