BDU-nun alimi Özbəkistan universitetlərinin tələbə və gənc tədqiqatçılarına ustad dərsi keçib

11/01/2022

Bakı Dövlət Universitetinin Geodeziya və kartoqrafiya kafedrasının müdiri, professor Məqsəd Qocamanov Daşkənd Dövlət Universiteti və Daşkənd İrriqasiya və Kənd Təsərrüfatının Mexanizasiyası Universitetinin dəvəti ilə həmin universitetlərin tələbə, magistr, doktorant və professor-müəllim heyətinin birləşmiş seminarında ustad dərsi keçib. Elmi seminarda M.Qocamanov “Geodeziya elminin əsas elmi məsələsi və onun həll metodları” mövzusunda mühazirə oxuyub.

Mühazirədə alim geodeziyanın əsas elmi məsələsinin məzmunu və bu məzmunun elmi-texniki tərəqqi ilə müxtəlif dövrlərdə dəyişilməsi və geodeziyanın əsas elmi məsələsinin həll metodları haqqında məlumat verib. Geodeziyanın əsas elmi məsələsinin meydana çıxmasından keçən iyirmi altı əsr ərzində onun məzmunu elmi-texniki tərəqqiyə uyğun olaraq zaman-zaman dəyişikliyə məruz qaldığı bildirilib. Bu məsələnin müasir məzmunu və onun ciddi həll üsulları M.S.Molodenski nəzəriyyəsinə, praktiki həlli isə raket texnologiyası və kosmonavtikanın inkişafına əsaslanır. Təbii və süni səma cisimlərinin müşahidələrinə əsaslanan kosmik geodeziya metodları isə geodeziyanın əsas elmi məsələsinin həllində əhəmiyyətlidir və dəqiqliyin artırılmasına xidmət edir.

Elmi seminar iştirakçıların suallarının cavablandırılması ilə yekunlaşıb.

Xəbərlər

BDU-nun Astrofizika kafedrası: “Avqustun 13-də Perseid meteor yağışı olacaq”

BDU-nun Astrofizika kafedrası: “Avqustun 13-də Perseid meteor yağışı olacaq”
04/08/2026

BDU-nun Astrofizika kafedrası: “Yerin qravitasiyasının yox olacağı barədə məlumatlar həqiqəti əks etdirmir”

BDU-nun Astrofizika kafedrası: “Yerin qravitasiyasının yox olacağı barədə məlumatlar həqiqəti əks etdirmir”
04/08/2026

BDU-da “Açıq qapı” günləri davam edir

BDU-da “Açıq qapı” günləri davam edir
04/08/2026