BDU-nun aliminin həmmüəllifi olduğu kitab “Springer” nəşriyyatında nəşr edilmişdir

07/02/2022

Bakı Dövlət Universitetinin (BDU) Cəbr və həndəsə kafedrasının dosenti Vaqif Qasımovun həmmüəllifi olduğu “Differential Equations on Manifolds and Mathematical Physics” (Çoxobrazlılar üzərində diferensial tənliklər və riyazi fizika) adlı kitab “Springer” nəşriyyatında nəşr edilmişdir (https://doi.org/10.1007/978-3-030-37326-9).

Kitab M.V. Lomonosov adına Moskva Dövlət Universitetinin professoru Boris Sterninin xatirəsinə həsr olunmuşdur. Vladimir M. Manuilov (Rusiya), Aleksandr S. Mishchenko (Rusiya), Vladimir E. Nazaikinskii (Rusiya), Bert-Wolfgang Schulze (Almaniya) və Weiping Zhang (Çin) kimi məhşur alimlərin elmi redaktorluğu ilə çap olunmuş kitab 20 fəsildən ibarətdir.

Vaqif Qasımovun müəllifi olduğu “Hochshild's Method of Describing the Mackenzie Obstruction to Construction of a Transitive Lie Algebroid” adlı fəsil çoxobrazlılar üzrə diferensial tənliklər və riyazi fizikanın müasir problemlərinə həsr edilmişdir. İşdə Li cəbroidlərinin Makkenzi obstruksiyalarının struktur təbiəti öyrənilmiş və onun kohomoloji qrupu hesablanmışdır.

Xəbərlər

BDU-da qəbul imtahanlarında yüksək bal toplamış Qərbi Azərbaycandan olan gənclərlə görüş

BDU-da qəbul imtahanlarında yüksək bal toplamış Qərbi Azərbaycandan olan gənclərlə görüş
24/10/2026

BDU-nun Biotibbi Tədqiqatlar və Texnologiyalar Mərkəzinin “Biotibb: Kəşfdən tətbiqə” adlı elmi tədbiri keçirilib

BDU-nun Biotibbi Tədqiqatlar və Texnologiyalar Mərkəzinin “Biotibb: Kəşfdən tətbiqə” adlı elmi tədbiri keçirilib
23/10/2026

BDU-da “Tələbəyönlü tədrisin təşkili və biliyin qiymətləndirilməsi” mövzusunda təlim

BDU-da “Tələbəyönlü tədrisin təşkili və biliyin qiymətləndirilməsi” mövzusunda təlim
23/10/2026