BDU-nun aliminin Kalderon-Zigmund operatorlarının komutatorları və tətbiqləri üzrə tədqiqatları davam edir
Bakı Dövlət Universitetinin (BDU) nəzdində Tətbiqi Riyaziyyat Elmi-Tədqiqat İnstitutunun elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü, professor Vaqif Quliyevin “Commutators of multilinear Calderón–Zygmund operators with kernels of Dini’s type on generalized weighted Morrey spaces and applications” məqaləsi “Web of Science” bazasında indekslənən “Positivity” jurnalında dərc edilib (WoS, IF: 0.853).

https:// https://link.springer.com/article/10.1007/s11117-022-00963-5
Məqalədə ümumiləşmiş çəkili Morri fəzalarında Dini tipli nüvəli multixətti Kalderon-Zigmund operatorları və onların kommutatorlarının məhdudluğu araşdırılıb və bunun üçün kafi şərtlər tapılıb. Tətbiq olaraq ikixətti pseudo-diferensial operatorların təkrarlanan komutatorları və mülayim requlyarlığı olan paraprodaktlar üçün multixətti çəkili Morri qiymətləndirmələri verilib.
