BDU-nun alimləri “Ermənistan Respublikası ərazisində Azərbaycan mənşəli hidronimlər xəritəsi”ni tərtib ediblər

30/07/2021

Ermənistanın təcavüzkar siyasəti təkcə azərbaycanlıların öz doğma ata-baba yurdundan qovulması, etnik təmizləmə prosesi ilə bitmir, onlar həmçinin tarixi saxtalaşdırmaq, həmin ərazilərdə azərbaycanlılarla bağlı izləri itirmək kimi məkrli niyyətlərini həyata keçirirlər. Azərbaycan toponimləri - fiziki-coğrafi obyektlər, yaşayış məntəqələri  və digər coğrafi vahidlərin Azərbaycan dilində tarixən mövcud olmuş adları dəyişdirilərək erməniləşdirilir.

BDU-nun Coğrafiya fakültəsinin Geodeziya və kartoqrafiya (professor Məqsəd Qocamanov), Hidrometerologiya kafedrası (professor Fərda İmanov) və Xarici ölkələrin iqtisadi-siyasi və turizm coğrafiyası (dosent Elxan Nuriyev) kafedralarının əməkdaşları Qərbi Azərbaycan ərazisində yerləşən 113 hidronim (107 çay, 4 göl, 1 bulaq və 1 su kanalı) adlarının dəyişdirilməsi ilə bağlı elmi-tədqiqatlar aparmış və  yekun olaraq 1:500 000 miqyasında “Ermənistan Respublikası ərazisində Azərbaycan mənşəli hidronimlər xəritəsi” tərtib etmişlər. Tədqiqat işlərinin yerinə yetirilməsi və xəritənin tərtib edilməsində erməni və rus müəlliflərinin Yerevan və Moskva şəhərlərində nəşr olunmuş elmi əsərləri, keçmiş SSRİ Dövlət Su Kadastrının məlumat kitabları, Ermənistan ərazisinin xəritələri və digər mənbələrdən istifadə edilmişdir.

Araşdırmalardan məlum olmuşdur ki, hidronimlərin ilkin adlarının böyük əksəriyyəti azərbaycan-türk mənşəlidir. Erməni mənbələrində bu adların bir qismi təhrif olunmuş şəkildə, digər qismi bütövlükdə erməni dilinə tərcümə ilə verilmiş, mürəkkəb çay adlarının ümumi isim hissəsi isə erməni dilində terminlərlə əvəzlənmişdir ( “qet”- çay, “ jur” - su, “dzor” - dərə və s.).

 

Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024