BDU-nun alimləri tərəfindən alınmış nəticələr ekoloji problemlərin həlli üçün istifadə edilə bilər

24/05/2021

Bakı Dövlət Universitetinin Kimya fakültəsinin Yüksək molekullu birləşmələr kimyası kafedrasında funksional qruplu polimer kompozisiyaları və nanomaterialların sintezi və tədqiqi istiqamətində elmi-tədqiqat işləri aparılır. Tədqiqat işləri sənaye polimerləri, polimer tullantılar, metal oksidləri, təbii və sintetik mənşəli laylı birləşmələrin səthinin məqsədyönlü modifikasiyası ilə həyata keçirilir. Aparılan tədqiqatlarda müxtəlif tipli daşıyıcı və modifikasiyaedici komponentlərdən istifadə onların fərqli sahələrdə istifadəsinə imkan yaradır. Belə ki, daşıyıcı və polimer fırçalardan ibarət «ağıllı» və «həssas» kompozisiyalar sorbent və biofunksional materiallar kimi, çoxtəbəqəli polimer plyonkalardan ibarət kompozisiyalar isə uyğun elektrolitlər kimi tətbiq oluna bilər. Bununla yanaşı polimer mənşəli tullantılardan istifadə təbii şəraitdə asanlıqla parçalana bilən materialların hazırlanmasını təmin edir.

Nəticələr müxtəlif sənaye sahələrinin mürəkkəb tərkibli tullantı sularının üzvi mənşəli toksikantlar və ağır metal ionlarından təmizlənməsi, tibb sənayesində antibakterial material və sinergetik xassəli hemostatik agentlərin hazırlanması, elektronika sənayesi və polimer tullantilarla bağlı ekoloji problemlərin həlli üçün istifadə edilə bilər.

 

 

Xəbərlər

BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin şagirdi Avropa Riyaziyyat Kubokunda gümüş medal qazanıb

BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin şagirdi Avropa Riyaziyyat Kubokunda gümüş medal qazanıb
11/06/2026

Milli Məclisin komitə sədri Tahir Rzayev BDU-da “Heydər Əliyev mühazirələri”nin qonağı olub

Milli Məclisin komitə sədri Tahir Rzayev BDU-da “Heydər Əliyev mühazirələri”nin qonağı olub
11/06/2026

BDU-da “Ulu Öndər Heydər Əliyevin siyasi irsi və dövlətçilik baxışları” layihəsi çərçivəsində növbəti görüş

BDU-da “Ulu Öndər Heydər Əliyevin siyasi irsi və dövlətçilik baxışları” layihəsi çərçivəsində növbəti görüş
11/06/2026