BDU-nun alimləri tərəfindən canlı sistemlərdə ilk dəfə olaraq müşahidə edilmiş “Anomal maqnit xassələr” hadisəsi dünya alimlərinin diqqət mərkəzindədir

14/07/2021

Bakı Dövlət Universitetinin Biologiya fakültəsinin Biofizika və biokimya kafedrasının professoru Rövşən Xəlilov və kafedranın dosenti Aygün Nəsibova Elektron Paramaqnit Rezonans (EPR) spektroskopiyası metodu ilə radiasiya amillərinin bitkilərə təsirini tədqiq edən zaman ilk dəfə olaraq geniş EPR siqnalını (g=2,32; ΔH=320 Qs) aşkar etmiş  və həmin siqnalın temperaturdan asılılığını və relaksasiya xüsusiyyətlərini tədqiq etmişlər.

Aparılan sonraki araşdırmalarda stress (qamma radiasiya, ultrabənövşəyi şüalanma, temperatur, müxtəlif ətraf mühit çirklənmələri və s.) zamanı canlı sistemlərdə yeni paramaqnit mərkəzlər aşkar edilmiş, ilk dəfə olaraq onların dəmir oksidi maqnit nanohissəciklərinə mənsub olduğu müəyyən edilmiş və anomal maqnit xassələrinin yaranması mexanizmi aydınlaşdırılmışdır.

Professor R.İ.Xəlilov tərəfindən biominerallaşma proseslərinin fundamental mexanizmlərini tədqiq edilməklə bioloji və model biomimmetik sistemlərdə nanofazalı maqnit dəmir oksidlərinin yaranması hadisəsi öyrənilmiş və onların həyat fəaliyyəti  proseslərindəki rolu müəyyən edilmişdir.

Nəticələr Messbauer və Keçirici Elektron Mikroskopiyası metodları ilə təsdiq edilmiş və  The Lancet, Nature Medicine, Nano Today, Bioelectrochemistry, Microorganisms, Artificial Cells, Nanomedicine and Biotechnology, Drug Development and İndustrial Pharmacy, International Journal of Biological Macromolecules, Experimental Oncology və Molecular Biology kimi nüfuzlu elmi jurnallarda dərc edilmişdir.

Hal-hazırda alınmış nəticələrin ilkin diaqnostika və müalicə məqsədi ilə nanotibbdə tətbiqi üzərində tədqiqatlar aparılır

Xəbərlər

BDU-da 40-dan çox Vətən müharibəsi iştirakçısı təhsil alır

BDU-da 40-dan çox Vətən müharibəsi iştirakçısı təhsil alır
22/09/2023

BDU-da İsrail universitetləri ilə bağlı təqdimat keçiriləcək

BDU-da İsrail universitetləri ilə bağlı təqdimat keçiriləcək
22/09/2023

BDU-nun şəhid məzunu Nicat Əhmədovun məzarı ziyarət olunub

BDU-nun şəhid məzunu Nicat Əhmədovun məzarı ziyarət olunub
22/09/2023