BDU-nun alimlərinin 2019-cu ildə dərc etdirdiyi 137 məqalə “Web of Science” bazasına daxil edilib

28/06/2019

2019-cu ildə iyun ayının 20-dək Bakı Dövlət Universitetinin (BDU) alimləri tərəfindən “Clarivate Analytics” (əvvəlki “Tomson Reuters”) informasiya agentliyinin bazasına daxil olan nəşrlərdə 137 məqalə dərc etdirilib.
Bu müddət ərzində universitet alimləri tərəfindən çap etdirilmiş məqalələrə 734 dəfə  istinad olunub.
“Clarivate Analytics” agentliyinin rəsmi məlumatına əsasən, ötən il “Web of Science” bazasına daxil olan nəşrlərdə universitet alimləri tərəfindən 341 məqalə dərc etdirilib və bu məqalələrə 1735 dəfə (Yalnız 2018-ci ildə dərc etdirilmiş məqalələrə öz-özünə (self-citation) istinadı çıxmaq şərti ilə 247 dəfə) istinad olunub. 
Ümumiyyətlə, 1975-ci ildən başlayaraq “Web of Science” bazasına daxil olan nəşrlərdə universitet alimləri tərəfindən 2725 məqalə dərc etdirilib və bu məqalələrə 9499 dəfə istinad olunub.

Mətbuat və informasiya şöbəsi, 28 iyun 2019-cu il.

KİV-də yayımlananlar

Xəbərlər

BDU-nun Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin 70-dən çox məzunu dünyanın nüfuzlu universitetlərinə qəbul olub

BDU-nun Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin 70-dən çox məzunu dünyanın nüfuzlu universitetlərinə qəbul olub
04/07/2025

BDU rektoru T3 Fondunun Azərbaycan təmsilçisi və “Bilim Bakı”nın direktoru ilə görüşüb

BDU rektoru T3 Fondunun Azərbaycan təmsilçisi və “Bilim Bakı”nın direktoru ilə görüşüb
04/07/2025

BDU-da “Code8 Hackathon” keçirilib

BDU-da “Code8 Hackathon” keçirilib
03/07/2025