BDU-nun alimlərinin elmi-tədqiqat işlərinin nəticələri nüfuzlu jurnalda dərc edilib
Bakı Dövlət Universitetinin Kimya fakültəsinin Üzvi kimya kafedrasının professoru Namiq Şıxəliyev, dosenti Ülviyyə Əsgərova, dosenti Rizvan Əsgərov və Zərif üzvi sintez ETL-in elmi işçiləri Gülnar Süleymanova və Nigar Əhmədovanın kristalloqrafiya sahəsində apardıqları elmi-tədqiqat islərinin nəticələri “Web of Science” və “SCOPUS” bazalarında indekslənən “Acta Crystallographica Section E” jurnalının 2021-ci ildə çapdan çıxmış bir neçə sayında dərc edilib.
- https://doi.org/10.1107/S2056989021007192
- https://doi.org/10.1107/S2056989021007349
- https://doi.org/10.1107/S2056989021008756
- https://doi.org/10.1107/S2056989021009154
- https://doi.org/10.1107/S2056989021007891
Son illər molekullararası qarşılıqlı təsirlərin öyrənilməsi üçün Hirşfeld səth analizindən geniş istifadə edildiyindən elmi-tədqiqat isində sintez edilmiş aşağıdakı birləşmələrin monokristalları yetişdirilmiş və kristalların formalaşmasında iştirak edən molekuldaxili və molekullararasi qeyri-kovalent rabitələrin rolu müəyyən edilmişdir:
- 1,3-bis{2,2-dixloro-1-[(E)-fenildiazenil]etenil}benzol;
- (2Z)-N,N-dimetil-2-(pentaflüorfenil)-2-(2-fenilhidrazin-1-iliden)asetamidin;
- (E)-1-[2,2-dixloro-1-(4-metilfenil)etenil]-2-(4-metoksifenil)diazenin;
- (E)-4-({2,2-dixlor-1-[4-(dimetilamino)fenyl]-ethenil}diazenil)benzonitril];
- (3Z)-7-metoksi-3-(2-fenilhidraziniliden)-1-benzofuran-2-(3H)-on]