BDU-nun AMEA-nın Coğrafiya İnstitutunda fəaliyyət göstərən Elm və Tədris Mərkəzində yeni tədris ilinə hazırlıq müzakirə olunub

16/09/2021

Sentyabrın 15-də Bakı Dövlət Universitetinin (BDU) AMEA-nın H.Ə.Əliyev adına Coğrafiya İnstitutunda fəaliyyət göstərən Elm və Tədris Mərkəzində 2021-2022-ci tədris ilində tədrisin təşkilinə həsr olunmuş görüş keçirilib. Görüşdə BDU-nun tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru Fərda İmanov, Tədris prosesinin təşkili şöbəsinin müdiri Adil Xasayev, Coğrafiya fakültəsinin dekanı Şəkər Məmmədova, Fiziki coğrafiya kafedrasının müdiri Yaqub Qəribov, Coğrafiya İnstitutunun direktor əvəzi Zakir Eminov, İnstitutun elmi katibi Zərnurə Həmidova, Təhsil şöbəsinin müdiri Müseyib Yunusov  iştirak ediblər.

Görüşdə yeni tədris ilində Mərkəzin fəaliyyəti, tədris prosesinin, tələbələrin istehsalat təcrübəsinin təşkili müzakirə olunub. Fərda İmanov Universitetdə təhsil sahəsində həyata keçirilən islahatlar və yeni tədris ilinə hazırlıq haqqında məlumat verib. Zakir Eminov Mərkəzdə BDU-nun Coğrafiya fakültəsində müxtəlif ixtisas və ixtisaslaşmalar üzrə təhsil alan bakalavr və magistrantlar üçün yaradılmış şərait haqqında danışıb.

Görüşdə Elm və Tədris Mərkəzinin fəaliyyət planının əsas itiqamətləri müəyyən edilmiş və planın hazırlanması üzrə işçi qrup yaradılmışdır.

Xəbərlər

BDU-nun tərəfdaşlığı ilə növbəti BMT-nin İqlim Dəyişmələri üzrə Gənclərin Lokal Konfransı – “LCOY Azerbaijan 2026” keçirilib

BDU-nun tərəfdaşlığı ilə növbəti BMT-nin İqlim Dəyişmələri üzrə Gənclərin Lokal Konfransı – “LCOY Azerbaijan 2026” keçirilib
12/09/2026

2025/2026-cı tədris ilində 1025 tələbə BDU-nu  fərqlənmə diplomu ilə bitirib

2025/2026-cı tədris ilində 1025 tələbə BDU-nu  fərqlənmə diplomu ilə bitirib
11/09/2026

BDU-nun əcnəbi tələbəsi AIDA-nın yaradılmasının 15-ci ildönümünə həsr olunmuş konfransda təltif olunub

BDU-nun əcnəbi tələbəsi AIDA-nın yaradılmasının 15-ci ildönümünə həsr olunmuş konfransda təltif olunub
11/09/2026