BDU-nun “Applied and Computational Mathematics” jurnalı “Web of Science” JIF Rank siyahısında 2-ci yerdə qərarlaşıb

01/07/2024

“Clarivate Analitics” Beynəlxalq İnformasiya Agentliyinin hesabatına əsasən, Bakı Dövlət Universitetinin (BDU) “Web of Science” bazasında indekslənən “Applied and Computational Mathematics” jurnalının impakt faktoru 4.6, 5 illik orta impakt faktoru 3.0-dır.

Jurnal dünyada “Riyaziyyat, tətbiqi riyaziyyat” kateqoriyası üzrə Agentliyin JIF Rank siyahısında 331 beynəlxalq jurnal arasında 2-ci yerdə qərarlaşıb. Jurnal Avropa və MDB ölkələrində dərc olunan jurnalların JIF Rank siyahısında öz liderliyini qoruyur.

Qeyd edək ki, BDU-nun nəzdində Tətbiqi Riyaziyyat Elmi-Tədqiqat İnstitutunda nəşr olunan jurnal 2008-ci ildə “Science Citation Index Expanded” siyahısına daxil edilib.

Jurnalın redaksiya heyətinə dünyanın 20-yə yaxın ölkəsini təmsil edən tanınmış alimlər daxildir.

Jurnalın indiyədək nəşr olunmuş 62 nömrəsində dünyanın 50-dən çox ölkəsini təmsil edən müəlliflərin 600-dək məqaləsi dərc olunub. İldə dörd nömrəsi işıq üzü görən jurnalda müasir tətbiqi və hesablama riyaziyyatının aktual problemləri üzrə əldə olunmuş ən son elmi nəticələr dərc olunur.

Xəbərlər

“Gənc istedadlar” liseyinin şagirdlərinin BDU-nun elmi-tədqiqat və sosial mühiti ilə tanışlığı uğurla yekunlaşıb

“Gənc istedadlar” liseyinin şagirdlərinin BDU-nun elmi-tədqiqat və sosial mühiti ilə tanışlığı uğurla yekunlaşıb
13/02/2026

Müdafiə Sənayesi Nazirliyi və BDU arasında universitet-sənaye tərəfdaşlığı müzakirə edilib

Müdafiə Sənayesi Nazirliyi və BDU arasında universitet-sənaye tərəfdaşlığı müzakirə edilib
13/02/2026

BDU-da əmək hüququnda süni intellektin tətbiqi problemlərinə dair araşdırmalar aparılır

BDU-da əmək hüququnda süni intellektin tətbiqi problemlərinə dair araşdırmalar  aparılır
13/02/2026